Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 30-03-2023, 23:08
Deputatın partiyası terror aktıyla bağlı bəyanat yaydı


Deputatın partiyası terror aktıyla bağlı bəyanat yaydı

Böyük Quruluş Partiyası (BQP) partiya başqanı, millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Böyük Quruluş Partiyasının üzvləri mart ayının 29-da BQP başqanı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən acımasız, alçaq, vəhşi terror aktı ilə bağlı xəbəri böyük sarsıntı və dərin hiddət hissi ilə qarşılayıb. Bu qanlı cinayəti törədən şəxsin və ya şəxslərin, arxasında duran mərkəz və ya qrupların, sifarişçilərin və icraçıların hüquq-mühafizə orqanları tərəfindən ən qısa zamanda aşkara çıxarılaraq ədalət məhkəməsinə təhvil veriləcəyinə və layiq olduqları ən ağır cəzaya məhkum ediləcəyinə ümid edirik. BQP hesab edir ki, bu sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur. Terror hadisəsində məhz Fazil bəyin - Azərbaycanın istiqlalı uğrunda mübarizənin təməlindən ona öncüllük edənlərdən birinin, istedadlı alimin, fəal ictimi-siyasi xadimin, cəmiyyətin problemlərinə, onun eybəcərliklərinə dözümsüz yanaşan istedadlı yazarın, görkəmli siyasətçinin, parlamentin ən fəal deputatının, Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə sədaqəti ilə seçilən Vətəndaşın hədəf seçilməsi təsadüfi deyil. Fazil bəyə qarşı törədilən terror hadisəsi, əslində milli müstəqilliyimizə, azad fikirliliyə, çağdaşlığa, daxili birliyimizə yönəlmiş ağır cinayət hadisəsidir. Sivil müzakirələrdən qorxan nadanların mədəniyyətə, ağıla, biliyə, tərəqqiyə, elmə, təhsilə qarşı yönələn vandallıq aktıdır. Terror hadisəsəni törədənlərin başlıca məqsədi Azərbaycanın cəhalət girdabında qalmasını istəyənlərə, təhrif olunmuş dini inanc əsarətinə salanlara, məzhəbçi dini ekpansiyaçılara ölkəni təslim edənlərə, milli iradəni yox sayanlara qarşı çıxan mübarizlərin, ölkə maraqlarını bütün digər maraqların fövqündə tutan aydınların qarşısını kəsmək və bu yolla da cəmiyyətdə qorxu, panika və xof hissi yaratmaqdan ibarətdir. Böyük Quruluş Partiyası fürsətdən istifadə edərək ölkənin dörd bir yanından zəng edərək Fazil bəyə qarşı dörədilən bu alçaq hücuma görə hiddətlərini ifadə edən, onun tezliklə sağlığına qovuşması üçün öz şəfa diləklərini və dualarını əsirgəməyən və haqqın yanında olduqlarını bəyan edən xalqımızın hər bir duyarlı nümayəndəsinə öz təşəkkürünü çatdırır. Bütün bunlar, həm də gerçəkləşən terror hadisəsinin ictimai rəydə nə qədər böyük hiddət yaratdığını, kütləvi etirazlara səbəb olduğunu və bununla da onu törədənlərin öz hədəflərinə çatmadığını göstəricisidir. BQP ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaları, ictimai-siyasi qurumları, qeyri-hökumət təşkilatlarını, dünya azərbaycanlılarını, qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla İslam ölkələrini və fikir, söz azadlığına dəyər verən bütün sivil dünyanı terroru mübarizə üsulu kimi mənimsəyən, ona himayədarlıq edib, dəstək verən, bu alçaq mübarizə üsulunu öz çirkin niyyətləri üçün vasitə seçən cinayətkar siyasi rejimlərə və ekstremist qruplara qarşı birmənalı mövqedən çıxış etməyə çağırır. İndi Azərbaycan öz tarixinin ən məsuliyyətli, şərəfli, eyni zamanda mürəkkəb və həlledici dövrünü yaşayır. Bu dövr yalnız müstəqilliik əldə etdiyimiz ilk illərlə müqayisə edilə bilər. Hansı ki, həmin illərdə də Azərbaycan müxtəlif dövlətlərin və güclərin iqtisadi, siyasi və hərbi maraqlarının toqquşduğu geopolitik məkana çevrilməklə çoxsaylı terror hücumlarına və sui-qəsdlərə məruz qalmışdı. BQP olaraq ümid edirik ki, xalqımızın müdrikliyi, yaxın tarixi keçmişimizdən əldə etdiyi acı təcrübə imkan verəcək ki, terror rejimlərinin və cinayətkar qrupların qarşısına qoyduqları hədəflərə çatmasına heç vaxt keçid verilməyəcək, ictimai sabitlik və asayiş hər zaman qorunub saxlanılacaq və müstəqlliyimiz möhkəmləndirilərək, əbədi olaraq yaşadılacaq. Qaranlıq və cəhalət güclərinin alçaq hücumuna məruz qalan Fazil bəyin dünən xəstəxanadan verdiyi açıqlamada ifadə etdiyi kimi, bütün bu cəhdlər və törədilən cinayət əməlləri onu doğru bildiyi yoldan döndərə nilməyəcək: “Həmişə olduğu kimi bundan sonra da dövlətçilik ideyalarına sadiq qalacaq və heç nə onu bu yoldan çəkindirə bilməyəcək. Heç bir terror aktı, sui-qəsd Azərbaycan xalqını və dövlətini öz hədəflərindən yayındıra bilməyəcək”. Qəzan mübarək olsun, Alovlu Vətənpərvər! Tezliklə sağlamlığına qovuşub, ailəni, əzizlərini, dostları sevincə, düşmənləri qüssə və kədərə qərq etməni və qaldığın yerdən şərəfli missiyana davam etməni arzulayırıq. Allah şəfanı versin, böyük Vətəndaş! Amansız terrordan qoruyan Allah, İnşallah, hər zaman dayağın olacaq”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!