Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 12-06-2023, 14:50
Nəqliyyat naziri Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklə bağlı çıxış etdi


Nəqliyyat naziri Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklə bağlı çıxış etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə qanunvericiliyə dəyişikliklərlə bağlı çıxış edib. Nazir çıxışında cənab Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamət üzrə ölkəmizin nəqliyyat-logistika infrastrukturunda görülmüş işlər haqqında məlumat verib: “Ölkəmizdə son 20 il ərzində 20 min kilometrə yaxın yol çəkilib, dəmir yolları tikilib və ya bərpa edilib, yeni hava limanları istifadəyə verilib. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa olunub, Bakı Gəmiqayırma Zavodu istifadəyə verilib”.
Qeyd olunub ki, qurumların idarəedilməsinin effektivliyinin artırılması, institutsional islahatlar və infrastruktura yatırılan investisiyalarla yanaşı, çətinliklər və həlli yollarına dair axtarışlar tənzimləmədə olan boşluqları aşkarlamağa imkan yaradıb: “Bu çatışmazlıqlar əsas etibarilə şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımaları, avtovağzalların işinin təşkili və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində idi”. Rəşad Nəbiyev əlavə edib ki, bu gün Milli Məclisə təqdim edilən təkliflər məhz sərnişin və yük daşımaları sahəsində müvafiq tənzimlənmənin təmin edilməsini nəzərdə tutur. Təkliflərə əsasən:
Beynəlxalq sərnişin və yük daşımaları, ölkədaxili yük və sifarişli sərnişin daşımaları, taksi minik avtomobili ilə sərnişin daşımaları, taksi sifarişi operatoru fəaliyyəti müvafiq icazə əsasında həyata keçirilməlidir. Eyni zamanda qeyd olunan sərnişin və yük daşımalarında istifadə olunacaq hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartı alınmalıdır. Ümumi istifadədə nəqliyyat vasitələri ilə ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıqdan keçmələri icazələrin verilməsi üçün əsas olmalıdır. Bildirilib ki, analoji tələblər şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımalarına münasibətdə də təklif olunur. Nazir Rəşad Nəbiyev vurğulayıb ki, qanunvericiliyə təklif olunan dəyişikliklər həm sərnişin, həm də yük daşımaları bazarını əhatə etsə də, cəmiyyəti ən çox narahat edən, son zamanlar ictimai müzakirələrə səbəb olan məsələ taksi fəaliyyəti ilə əlaqəlidir. Qeyd olunub ki, mövcud problemləri dərindən öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsləhətçi şirkətlərin iştirakı ilə araşdırma həyata keçirib. Bu araşdırma zamanı xoş olmayan nəticələr ortaya çıxıb:
Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur (tıxac və ekoloji problemlər).
Sürücülər gündə 14-16 saat sükan arxasında olur (təhlükəsizlik riskləri, əmək qanunvericiliyinin pozulması).
Taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin 50%-dən çoxunun yaşı 15-dən çoxdur (ekoloji və təhlükəsizlik riskləri).
Gündəlik səyahətlərin sayı: fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edə bilər (tıxac və ekoloji risklər).
Kölgə iqtisadiyyatı: mövcud sürücülərin çox kiçik qismi tələb olunan “fərqlənmə nişanı” əldə edib. “Təbii, biz bu vəziyyətə göz yuma bilmərik. Ona görə də qanunvericiliyə taksi fəaliyyətinin tənzimlənməsi, bəlli standartların qoyulması və nəzarət mexanizminin qurulmasını nəzərdə tutan dəyişikliklər təklif olunur. Biz bütün bu islahatlara bütövlükdə Bakı şəhərində mobilliyin genişləndirilməsi, əhalinin ictimai nəqliyyata çıxışının yaxşılaşdırılması və şəhərdə tıxacların azaldılması prizmasından baxırıq”, - deyə nazir vurğulayıb. Rəşad Nəbiyev çıxışının sonunda normativ hüquqi aktlarda dəyişiklik edilməsini nəzərdə tutan təkliflərin sərnişin və yük daşımaları sahəsində qanunvericiliyi təkmilləşdirəcəyinə və sahibkarların maraqlarının qorunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə verəcəyinə əminliyini ifadə edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!