Tarix : 29-06-2023, 21:12
Daşkəsənə yağan güclü leysan nəticəsində rayon sakinini sel apardıBu gün saat 20:00 radələrində Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 01.04.2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb. Elgün Orucovun ərazi mülki müdafiə qüvvələri tərəfindən Qabaqtəpə kəndinin ərazisində tapılan meyiti ailəsinə təhvil verilib. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti