Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 17-11-2015, 15:49
Mübariz Mənsimov barədə ŞOK İDDİA





Azərbaycanlı oliqarx Mübariz Mənsimovun dünyanın ən qəddar terror təşkilatı olan İŞİD ilə razılaşdırılmış neft biznesinə dair yeni məlumatlar yayılıb.

Butov.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, İspaniya mənbələri İraq Kürdüstanından hazırda İŞİD-in nəzarətində olan Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına Bağdad hökumətinin razılığı olmadan nəql edilən neftin Mənsimovun tankerləri ilə daşındığını bildirir.

"El Economista" qəzetində yer alan məlumatda deyilir ki, neft qaçaqmalçılığı İŞİD-in əsas gəlir qaynaqlarından biridir. Bu terror təşkilatının nəzarətində olan ərazilərdən nə qədər neft hasil olunduğuna dair müxtəlif rəqəmlər var.

Lakin təxmini hesablamalara görə, hazırda İŞİD İraq və Suriya ərazisindəki yataqlardan gündə 1,5-2 milyon barrelə qədər neft hasil edə bilər. Müqayisə üçün qeyd edək ki, bu, Azərbaycanın BTC ilə ixrac etdiyi neftin həcmindən az qala iki dəfə çoxdur.

İŞİD-in bu neft hasilatından əldə etdiyi gəlir isə OPEC-ə üzv olan bəzi ölkələrin neft gəlirləri ilə müqayisə oluna bilər.

İŞİD nefti bazar qiymətindən az qala iki dəfə ucuz satır. Treyderlərin yanacaqdaşıyan maşınları İŞİD-dən neft almaq üçün həftələrlə növbədə dayanırlar. Onlar İŞİD-dən nefti 25-30 dollara alır, daha sonra neftayırma zavodlarına, yaxud vasitəçilər üzərindən dünya bazarı qiymətlərinə satır. Bu səbəbdən İŞİD-lə neft alveri olduqca sərfəli biznesdir.

Bundan əvvəl Qərb mənbələrində Mənsimovun şirkətinə aid tankerlərin İŞİD neftini daşıdığı haqda xəbərlər yayılıb.

"El Economista" qəzetində yer alan məlumatda isə deyilir ki, İraq kürdləri Bağdadın icazəsi olmadan Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına neft nəql edir. Və bu neft nəqli üçün İŞİD-dən icazə almaq lazımdır. Çünki kəmər İŞİD-in nəzarətindədir.

Bu günlərdə "Palmali Shipping & Agency" şirkəti tərəfindən kirayələnmiş iki tanker Ceyhan limanından Kürdüstan nefti ilə doldurularaq yola salınıb.

Daha iki tanker isə İŞİD-in icazəsi ilə hazırda yüklənməkdədir. ABŞ-ın və İraq hökumətinin xəbərdarlığından sonra aparıcı şirkətlərdən heç kim bu nefti almır. Ancaq tankerlərin yüklənməsi və yola salınması göstərir ki, İraq Kürdüstanı və İŞİD qaçaq neftə alıcı tapa bilirlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!