Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 7-09-2023, 13:46
Ermənistanın ərazi iddiasına son vermək niyyəti yoxdur - İcma


Ermənistanın ərazi iddiasına son vermək niyyəti yoxdur - İcma

“Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur”.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda qeyd olunub.
“Ermənistan yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ermənistanın mövqeyi əslində aşağıdakı kimidir: Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü o halda tanıyır ki, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilsin.
Hər dəfə “beynəlxalq mexanizm” kimi utopik fikirləri təkrar etməklə Ermənistanın baş naziri faktiki olaraq Azərbaycana şərt qoyur. Tarix N.Paşinyanın 2020-ci il Tovuz döyüşlərindən sonra Azərbaycana qarşı “7 şərt”lə çıxış etməsini, onun və ölkəsinin sonrakı aqibətini yaxşı xatırlayır.
Təəssüf ki, Ermənistanın baş naziri sülh müqaviləsini imzalamamaqla yanaşı, həm də bölgədə vəziyyəti daha da kəskinləşdirir. Bir daha vurğulayırıq ki, N.Paşinyan bu günlərdə qondarma qurumun “müstəqilliyinin ildönümü”nə dair müraciəti ilə danışıqlar prosesini məhv etmişdir.
Ermənistan öz ordusunun qalıqlarını tam olaraq Azərbaycanın suveren ərazilərindən çıxarmalı, Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməli və Qarabağda yaşayan erməni sakinlərə dialoq təklifi ünvanlayan Azərbaycandan ibrət götürərək bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı Qərbi Azərbaycan İcması ilə təmaslara başlamalıdır”, - məlumatda vurğulanıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!