Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                       
Tarix : 23-03-2023, 21:50
Ayxan Hacızadə Paşinyanın əsassız iddialrına cavab verdi


Ayxan Hacızadə Paşinyanın əsassız iddialrına cavab verdi

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri N.Paşinyan tərəfindən 23 mart tarixində səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab verib. XİN-dən verilən xəbərə görə, 23 mart 2023-cü il tarixində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı Azərbaycana qarşı növbəti əsassız iddialar səsləndirib. Bu iddiaları necə şərh edərdiniz? sualına cavabda Ayxan Hacızadə bildirib: "Tərəfimizdən müfəssəl şəkildə cavablandırılmasına baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixində verilmiş bəyanatını inadkarcasına təkrarlayan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız iddialarını pisləyir və rədd edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını göstərir. Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin. Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən Üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur. Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir. Azərbaycanlıları Ermənistanın indiki ərazisindəki tarixi torpaqlarından zorla qovan, Azərbaycanda yüzlərlə etnik xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasını həzm etməyən və bununla bağlı uydurma fikirlər səsləndirən Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir. Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!