Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 16-12-2023, 15:54
Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş müəllimlərin XVI qurultayı başa çatdı - FOTO


Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş müəllimlərin XVI qurultayı başa çatdı - FOTO

Dekabrın 16-da Bakı Konqres Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayının ikinci günü panel sessiyaları ilə davam edir.
Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimovanın moderatorluğu ilə keçirilən “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi” panelində bu təhsil pilləsi üzrə sözügedən məsələlər barədə müzakirələr aparılıb. Bununla yanaşı, tədris prosesi zamanı qarşıya çıxan çətinliklər səsləndirilib, onların həlli istiqamətində iştirakçıların təklifləri dinlənilib və bu istiqamətdə göstərilə biləcək dəstəklə bağlı söhbət edilib.
“Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar” panelində bu fənlərin tədrisi ilə bağlı məsələlər müzakirə olunub. Fənn müəllimləri Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmovanın moderatorluğu ilə tədris prosesində qarşıya çıxan problemlərdən danışılıb, onların həlli istiqamətində fikir və təkliflər səsləndirilib.
Növbəti panel “Müasir dövrdə təbiət fənlərinin tədrisi” mövzusunda olub. “Təbiət” və “Həyat bilgisi” dərsliklərinin həmmüəlllifi Yalçın İslamzadənin moderatorluğu ilə aparılan sessiyada fənnin tədrisi zamanı müəllimlərin qarşılaşdıqları problemlər, yeni dərsliklərin tərtibatı məsələləri vurğulanıb. Eyni zamanda təbiət fənlərinin tədrisi üzrə müəllimlərin rəy və təklifləri dinlənilib, bununla bağlı müzakirələr aparılıb.
Riyaziyyat fənninin məzmunu və tədris metodikasından bəhs olunan “Müasir dövrdə riyaziyyat fənninin tədrisi” panelinin moderatoru Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksinin riyaziyyat müəllimi Nigar Əliyeva olub. Panel müddətində şagirdlərdə riyazi düşüncənin əhəmiyyəti, onların riyaziyyat fənninin mənimsənilməsi zamanı qarşılaşdıqları çətinliklərdən danışılıb və məktəblilərə riyazi həllərə dair məsələlərin mahiyyətinin aydınlaşdırılmasının əsas məqam olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, müzakirələrdə riyaziyyat fənninin tədrisində diferensial təlimin təşkili, şagirdlərin riyazi-məntiqi təfəkkürünün inkişaf etdirilməsi və fənnin tədrisi ilə bağlı təkliflər dinlənilib.
“Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış” panelində “Tarix və coğrafiya fənlərinin müasir tədrisi necə olmalıdır?”, "Problemlər və onların həll yollarını necə görürsünüz?" sualları ətrafında müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib. Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarovun moderatorluğu ilə təşkil olunan sessiyada qeyd edilib ki, adıçəkilən fənlərin tədrisində tənqidi və analitik düşüncəyə malik şəxslərin formalaşdırılmasına diqqət yetirmək vacibdir.
Daha sonra "Keçmiş əsasında indini anlamaq və gələcəyi öyrənmək üçün nə etməli?" sualı ətrafında müzakirələr aparılıb və müəllimlərin təklifləri dinlənilib.
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin baş mütəxəssisi Aygün İsgəndərovanın moderatorluğu ilə keçən “Xarici dillərin öyrənilməsi: yeni imkanlar” panelində ümumi təhsil müəssisələrində tədris olunan müxtəlif xarici dillər haqqında müzakirələr aparılıb və xarici dillərin tədrisində tətbiq olunan yeniliklər barədə məlumat verilib.
“İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu” panelində bu fənlərin tədrisində istifadə olunan metodlardan danışılıb. Bakı Avropa liseyinin təsviri incəsənət müəllimi Kəmalə Cəfərzadənin moderatorluğu ilə keçirilən sessiyada qeyd edilən fənlər üzrə standartlar, qarşıya çıxan problemlər dinlənilib, müəllimlərin rəy və təklifləri müzakirə olunub.
Digər panelin mövzuzu isə “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s.” olub. “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovon moderatorluğu ilə keçirilən paneldə yeni STEAM mərkəzlərinin yaradılması, layihənin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin bu təhsil yanaşmasına fəal surətdə cəlbi, eləcə də STEAM yanaşmasının tətbiqi üzrə statistik məlumatlar iştirakçılarla bölüşüb.
"Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova isə XXI əsr bacarıqlarının şagirdlərdə formalaşdırılması baxımından ölkəmizdə uğurla həyata keçirilən layihənin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi, informatika fənninin tədrisi, eləcə də "Alqoritmika" şirkəti ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Panel sessiya fəal sual-cavab formatında davam etdirilib, müəllimlərin təklifləri dinlənilib.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin XVI qurultayı bu gün işini başa çatdıracaq.












Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!