İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 20-12-2023, 19:55
Ermənistan mətbuatı AZƏRTAC-la bağlı yalanlar danışır


Ermənistan mətbuatı AZƏRTAC-la bağlı yalanlar danışır

Ermənistan mətbuatında AZƏRTAC-da dərc olunan materialda sitatların guya təhrif edildiyi, Yuta Universitetinin alimlərinin işlətmədiyi ifadələrin yayımlandığı barədə iddialara cavab olaraq bildiririk ki, qeyd olunan məlumat Yuta Universitetinin yaydığı press-reliz əsasında hazırlanıb və Agentlik həmin tədbirdə iştirak etməyib.
Bu barədə AZƏRTAC-dan bildirilib
"Qeyd edilən məlumatla bağlı olan press-relizin orijinalı AZƏRTAC-da saxlanılıb (fotolar əlavə olunur). Bundan əlavə, press-relizin özəlliklərində müəllif Eva Vasilevska, redaktoru M.Yavuz olduğu aydın görünür (foto əlavə olunur). Buna görə də araşdırmaçı statusuna iddia edən erməni jurnalistə isə ittiham irəli sürməzdən əvvəl faktlarla düzgün işləməyi öyrənməyi tövsiyə edirik.
Bildirilir ki, tədbirdə iştirak etmiş iki professor özlərinə aid olmayan sitatların guya məlumata salındığını qeyd ediblər. Ermənistan mətbuatı hətta onlardan müsahibə də alıb. Qeyd edək ki, tədbirdə iştirak edən professor Stiven Lobell özünə aid sitatla bağlı AZƏRTAC-a müraciət etdikdən sonra onun ifadələri həmin məlumatdan çıxarılıb. Lakin Ermənistan mətbuatında adı çəkilən digər professor Marcori Kaslın isə Agentliyə müraciəti daxil olmayıb.
Bundan əlavə, Ermənistan mətbuatı guya məsələ ilə əlaqədar AZƏRTAC-dan açıqlama almağa çalışıb. Lakin bildiririk ki, Agentliyə həmin media subyektindən sorğu daxil olmayıb və məqalə birtərəfli şəkildə dərc edilib.
Bir daha bildiririk ki, AZƏRTAC bu məlumatı Yuta Universitetinin press-relizi əsasında dərc edib və Agentliyin heç bir müxbiri həmin tədbirdə iştirak etməyib. Bu səbəbdən qeyd edilən sitatların AZƏRTAC tərəfindən yazılması iddiasını qəti şəkildə rədd edirik və bunu Agentliyin imicinə xələl gətirmək cəhdi kimi dəyərləndiririk", - məlumatda deyilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!