Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 23-12-2023, 13:46
Qərbi Azərbaycan İcmasının saytı fəaliyyətə başlayır


Qərbi Azərbaycan İcmasının saytı fəaliyyətə başlayır

Qərbi Azərbaycan İcmasında təşkilatın 2023-cü ildə fəaliyyətinin qiymətləndirilməsi, görülən işlərə dair hesabatların dinlənilməsi, eləcə də 2024-cü ildə İcmanın qarşısında duran prioritetlərin müəyyən edilməsi ilə bağlı illik ümumi yığıncaq keçirilib.
İclası giriş sözü ilə açan İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, 24 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İcmanın inzibati binasını açılışı zamanı bir qrup ziyalı ilə görüşü İcmanın 2023-cü ildə göstərdiyi intensiv fəaliyyət üçün böyük təkan və stimul olub.
"Dövlət başçısının tövsiyələri əsasında qısa zamanda İcmanın Qayıdış Konsepsiyası hazırlanaraq qəbul olunub. Soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyətə start verilib. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə İcmanın yenidən təşkilatlanması prosesi daha da intensiv hal alıb. İcma Bakıda və bölgələrdə Qərbi azərbaycanlıların qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində çoxsaylı tədbirlər, o cümlədən elmi-praktik konfranslar, seminarlar, festivallar, sərgilər və konsertlər keçirilib", - o vurğulayıb.
Sədr bildirib ki, ilin əvvəlində Qayıdış Konsepsiyasının qəbulundan dərhal sonra, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsinin beynəlxalq gündəliyə gətirilməsi istiqamətində sistemli fəaliyyətə başlanmışdır. İcma Ermənistanın Baş Naziri Nikol Paşinyana məkub ünvanlayaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət etməklə, qayıdış mövzusunda dialoqa başlamaq təklifi ilə çıxış edib. Bununla yanaşı, xarici dövlətlərə və beynəlxalq təşkilatlara müraciətlər edilərək, İcmanın sülhsevər və beynəlxalq hüquqa əsaslanan missiyası barədə məlumat verilib və qayıdış hüququnun təmin olunmasında onların dəstəyi xahiş edilib. İcmanın 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb. İcma qayıdış məsələsinə dair beynəlxalq təşkilatlarla dialoqa başlayıb və bu təşkilatlar çərçivəsində rəsmi tədbirlərdə iştirak edib. Həmçinin, xaricdə yaşayan Qərbi azərbaycanlıların təşkilatlanması və onlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində əməli addımlar atılıb.
Ə.Ələkbərli söyləyib ki, 5 dekabrda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda 30 xarici ölkədən nümayəndələrin iştirakı ilə baş tutmuş beynəlxalq konfrans Qərbi Azərbaycan mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməsi baxımından böyük rol oynamışdır. İcma il ərzində öz fəaliyyəti barədə ictimaiyyəti aktiv şəkildə məlumatlandırmış və xarici dairələrin İcma üçün maraq doğuran məsələlərə dair ifadə etdikləri mövqelərə operativ qaydada müvafiq bəyanatlarla reaksiya vermişdir.
O vurğulayıb ki, İcma ötən əsrdə dörd dəfə deportasiya olunan soydaşlarımızın və onların varislərinin öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı fəaliyyətini qarşıdakı 2024-cü ildə də davam etdirəcək, bu ədalətsizliyin aradan qaldırılması üçün səylərini əsirgəməyəcək.
Ardınca Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənli təmsil etdikləri şuralar və birliyin illik hesabatını təqdim ediblər.
Toplantı iştirakçıları Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi prinsipial və ardıcıl yanaşmaya və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi qiymətli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür etmiş və qarşıdan gələn ad günü münasibətilə cənab Prezidentə səmimi təbriklərini ifadə etmişlər.
Sonda Qərbi Azərbaycan İcmasının saytı www.westaz.org – un təqdimatı baş tutub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!