Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 19-02-2024, 17:17
Malibəyli sakinləri Xan çinarı xoş xatirələrlə yada salırlar - FOTO


Malibəyli sakinləri Xan çinarı xoş xatirələrlə yada salırlar - FOTO

Malıbəyli sakinləri doğma kəndlərindən danışarkən yaşı yüzlərlə olan Xan çinarını xoş xatirələrlə yada salırlar. Xan çinarı öz möhtəşəmliyi ilə nəinki yerli sakinləri, eləcə də kəndə gələn qonaqları da heyran edərdi. Təbiətin möcüzəsi sayılan bu çinarın dibində suyu bumbuz olan bulaq, bir qədər aralıda isə qədim hamam var idi. Bulağa el arasında “Çinar bulağı” deyilərdi. İşğal etdikləri bütün ərazilərdə dinc sakinlərə, şəhərlərə, kəndlərə, evlərə, sosial obyektlərə, tarixi abidələrə, təbiətə qarşı terror həyata keçirən erməni işğalçıları, təbiət abidəsi olan bu çinarı da yandırıb, yaxınlıqdakı qədim hamamı dağıdıblar.
Malıbəyli kənd sakini Allahverdi Balakişiyev AZƏRTAC-a bildirib ki, çinar və bulaq olan ərazi onların ən sevimli məkanlarından biri idi: “Gəlib bulağın suyundan içər, çinarın kölgəsində dincələrdik. Bir dəfə bu ağacı ildırım vurmuşdu.
Çox maraqlıdır ki, ağacın qırılan yerində heç kim əkmədiyi halda bir qızılgül bitmişdi. İndi baxırıq, ermənilər çinarı yandırıblar, üstündəki qızılgül də yoxdur. “Çinar bulağı” bütün Qarabağda fərqlənən bir bulaqdır ki, dağın demək olar, üst hissəsində çıxır. Bulaq ilboyu axır, quruduğunu görən olmayıb. Bu bulağın suyu ilə aşağıda hamam işləyib. Bulağın suyundan kənd camaatı içməli su kimi istifadə edirdi”.
Ermənilər Xan çinarının gövdəsini yandırıb məhv etsələr də, kökü dərində olduğu üçün yenidən qol-budaq atıb. Bulağın suyu isə yenə də axır. Artıq Malıbəyli kəndində bərpa-quruculuq işlərinə başlanılıb. Çox keçməyəcək ki, düşmənin talan edib dağıtdığı Malıbəylinin yenidən xoşbəxt günləri qayıdacaq. Çinar ağacı və “Çinar bulağı” yenə də kənd sakinlərinin sevimli məkanlarından olacaq.




Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!