20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 14-03-2024, 16:51
Allahşükür Paşazadə ABŞ səfirini qəbul etdi


Allahşükür Paşazadə ABŞ səfirini qəbul etdi

Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Mark Libbini qəbul edib.
QMİ-dən verilən xəbərə görə, səfiri yeni təyinatı münasibətilə təbrik edən Şeyxülislam ona fəaliyyətində uğurlar arzuladı. Bildirdi ki, yeni səfirin ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyinə ümidvardır. Fəaliyyət göstərdiyi ölkənin dini lideri ilə müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında görüşməyindən məmnunluq duyduğunu bildirən amerikalı səfir Azərbaycanın dini-mənəvi həyatı ilə yaxından tanış olmaq üçün bu görüşə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırdı.
Görüşdə QMİ sədri A. Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti barədə ətraflı məlumat verdi. Azərbaycanda müxtəlif din və məzhəb daşıyıcılarının bir ailənin üzvləri kimi dinc birgə yaşadıqlarını, ölkəmizin tolerant dini həyatı, nümunəvi multikultural həyat modeli ilə gündəmdə olmasını diqqətə çatdırdı, dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyət istiqamətləri barədə məlumat verdi. Dünya miqyasında dinlərarası dialoq müstəvisində Azərbaycanın ön yerlərdə olmasının əsas səbəbinin məhz bu örnək təcrübə və heç şübhəsiz ki, dövlətimizin apardığı müdrik siyasət, insan həmrəyliyinə xidmət edən ideyaları olduğunu xüsusi vurğuladı.
Azərbaycandakı dini konfessiya nümayəndələrinin ötən il ABŞ-a səfərini xatırladan Şeyxülislam A.Paşazadə bu ölkənin müxtəlif din ardıcılları ilə yüksək səviyyədə münasibətlərin mövcudluğunu yüksək dəyərləndirdiyini səfirin diqqətinə çatdırdı. QMİ sədri Azərbaycanın bu il evsahibliyi edəcəyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və COP 29 tədbirlərini xatırladaraq, hər iki qlobal tədbir çərçivəsində dünya dini liderlərinin bir araya gələcəyi panel və zirvə görüşləri barədə məlumat verdi.
Səfir M.Libbi fəaliyyətdə olduğu qısa müddətdə Azərbaycandakı dini həyatla bağlı gəldiyi qənaətlərlə bölüşərək bildirdi ki, ölkədə dini konfessiyalar arasında dostluq münasibətlərinin mövcudluğunda, habelə dinlərarası dialoq prosesində dini lider olaraq Şeyxülislamın müstəsna rolu vardır. O, həmçinin, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğuna toxundu. Şeyxülislam A.Paşazadə təəssüflə qeyd etdi ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak etmişdir, lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT qətnamələrinə əsasən azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülh, xalqlar arasında dinc yanaşı yaşamaq ideyasını rədd edir, nifrət çağırışları ilə çıxış edir. Bu əsnada, Şeyxülislam A.Paşazadə amerikalı səfiri azad olunmuş torpaqlarımıza səfər edərkən erməni vandalizminin nəticələrinə diqqət etməyə çağırdı. Bildirdi ki, bu dağıntıları törədən, məscidləri, hətta kilsələri dağıdan Ermənistan Azərbaycan barədə böhtan və qarayaxmalar yayır. Şeyxülislam bildirdi ki, bu kimi məsələlərə dair ABŞ kimi böyük dövlətdən həqiqətlərin yanında olmasını gözləməyimiz təbiidir.
Amerikalı səfir bölgədə sabitlik və suverenliyin ən yaxşı qarantı, tərəqqi və çiçəklənmənin təməli olaraq sülhün əldə olunmasının hamının maraqlarına cavab verdiyi fikrində olduğunu diqqətə çatdırdı. M.Libbi Şeyxülislam A. Paşazadəni qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik etdi və ilk dəfə Azərbaycanda bu bayramı böyük məmnuniyyətlə xalqımızla bərabər keçirəcəyini ifadə etdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında dini-mədəni sahədə münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!