Tarix : 21-06-2024, 18:53
 
 Azyaşlı suda boğulduFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.
Bu barədə Nazirlikdən bildirilib 
Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
 Paylaş
  Bölmə: Xəbər / Karusel / Xəbər lenti