“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 1-09-2024, 17:48
Şəhid atasının evinə daşınan seçki qutusu aparıldı - FOTO


Şəhid atasının evinə daşınan seçki qutusu aparıldı - FOTO

113 saylı Qax-Şəki seçki dairəsinin 4 saylı məntəqəsində səhhətləri seçki məntəqəsinə gəlməyə imkan vermədiyi üçün yeddi nəfərin evinə daşınan seçki qutusu aparılıb. Onlardan da biri Vətən müharibəsi şəhidi Asəf Ağayevin atası Abid Ağayevdir.
113 saylı Qax-Şəki seçki dairəsinə daxil olan 73 seçki məntəqəsinin 60-ı Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Dairə üzrə 54 min 437 seçici bu gün öz səsvermə hüququndan istifadə edir.
Dairənin 4 saylı məntəqəsində isə 1006 nəfər seçici qeydiyyatdadır. Məntəqə sədri Dilşad Mustafayevanın sözlərinə görə, həmin seçicilərdən 7 nəfər onlara müraciət edərək evdə səs vermək istədiklərini bildirib. Beləcə məntəqədə daşınan qutu hazırlanır, səs verəcək seçicilərin bülletenləri qaydasına salınaraq məntəqə üzvü və müşahidəçilərdən birinin iştirakı ilə yola salınır.
Vətən müharibəsi şəhidi Asəf Ağayevin atası Abid Ağayev uzun illərdir yataq xəstədir. Parlament seçkiləri ilə əlaqədar Abid Ağayev dairə seçki komissiyasına müraciət edərək, evində səs verməsi üçün şərait yaradılmasını xahiş edib. Buna görə də onun evinə daşınan seçki qutusu gətirilib.
Abid Ağayev ötən müddətdə seçki prosesini izlədiyini, hər bir namizəd barədə ətraflı məlumat topladığını bildirib.
Daha sonra ona bülleten təqdim edilib. Şəhid atası bülleteni bir daha diqqətlə nəzərdən keçirdikdən sonra öz namizədinə səs verib.
4 saylı seçki məntəqəsinin üzvü Təranə Məcidova bildirib ki, onlar daha altı ünvana yollanaraq xəstə, ahıl insanların səs verməsini təşkil edəcəklər.
Qeyd edək ki, bu dairə üzrə 9 namizəd qeydə alınıb.




Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!