Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
Tarix : 26-04-2016, 11:14
Ermənilər ATV-nin operatorunu yaraladılar



Ötən gecə, təxminən saat 1 radələrində başlayaraq, erməni silahlı birləşmələri atəşkəsi pozublar.

ATV-nin Qarabağ bürosundakı əməkdaşı Hafiz Hüseynin məlumatına görə, iri çaplı silahlarla başlanan atışma sonradan top və ağır silahlara keçib. Tərtərdə cəbhə xəttinə yaxın yaşayış məntəqələri atəşə məruz qalıb. Dinc sakinlərin yaşadığı Qapanlı, Qaraşdı, Şıxarx, Azad Qaraqoyunlu, Köçərli kəndlərinə mərmirlər düşüb evlərdə dağıntılar olub.

ATV-nin Qarabağ bürosunun ərazidə çəkiliş aparan əməkdaşlarının yanına düşmənin atdığı mərmi düşüb. Mərminin qopardığı qaya parçası operator Vicay Vəliyevin ayağının yaralayıb. Büronun avtomobilini isə çətinliklə olsa da atəş altından çıxarmaq mümkün olub.

Cəbhədə baş verənlərlə bağlı Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumata əsasən, aprelin 26-sı saat 01.05-dən başlayaraq 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.

Modern.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!