Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 12-04-2025, 11:22
Antalya Forumunda Qərbi azərbaycanlıların tələbi qaldırıldı


Antalya Forumunda Qərbi azərbaycanlıların tələbi qaldırıldı

Antalya Diplomatiya Forumunda “Parlament diplomatiyası və qlobal idarəetmə” panelində çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli ona ünvanlanan “Ermənistanla Azərbaycan arasında sülh sazişi nə vaxt imzalana bilər” sualını da cavablandırıb.
İcma sədri bildirib ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə təkcə Qarabağ müharibəsi ilə məhdudlaşmır, bu münaqişənin azı 200 illik tarixi var.
"Ermənilər bu coğrafiyada 200 ildir azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və deportasiya həyata keçirir. Qarabağ müharibəsi bu bədnam siyasətin yalnız son həlqəsidir. Ona görə də Ermənistanla Azərbaycan arasında dayanıqlı, etibarlı sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı yeritdiyi 200 illik düşmənçilik siyasətindən səmimi şəkildə əl çəkməlidir. Azərbaycanla oyun oynamaq lazım deyil. Birincisi, Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməli, bunun üçün konstitusiyasını dəyişməlidir, ikincisi də Qarabağ müharibəsinin tərkib hissəsi kimi 1987-1991-ci illərdə Qərbi Azərbaycandan – indiki Ermənistandan qovulmuş azərbaycanlıların geriyə qayıdış hüququnu tanımalı və təmin etməlidir. Özü də sözdə yox, əməldə”, - Əziz Ələkbərli vurğulayıb


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!