Azərbaycan finala keçə bilmədi .....                        Azərbaycan "Avroviziya - 2025"də sazla çıxış etdi - VİDEO .....                        Bakı-Ağstafa qatarının qarşısına heyvan sürüsü çıxdı .....                        Mayın 15-də İstanbulda ukraynalıları gözləyəcəyik .....                        Azərbaycan atları Britaniyada - “Land of Fire” geri döndü .....                        Azərbaycanda nazir koronavirusa yoluxdu .....                        İşdən çıxarılan məktəb direktorları təhsildən tamamilə uzaqlaşdırılır? .....                        Vəzifəli şəxs nalayiq hərəkətlərə görə işdən azad edildi .....                        Döyülərək öldürülən Elgünün atası danışdı .....                       
Tarix : 23-04-2025, 14:29
Çin mediası İlham Əliyevin səfərinə geniş yer ayırıb - FOTO


Çin mediası İlham Əliyevin səfərinə geniş yer ayırıb - FOTO

Çin Xalq Respublikasının (ÇXR) mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərinə geniş yer ayırıb.
Dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, 1 milyard izləyici auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu "China Daily" qəzeti, 50-dən çox dildə yayımlanan Çin milli radiosu, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən “Global Times” qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinə, səfər çərçivəsində ÇXR Sədri Si Cinpinlə görüşünə, imzalanan sənədlərə, ümumiyyətlə son illər hərtərəfli inkişafın müşahidə olunduğu Azərbaycan-Çin münasibətlərinə dair xəbərlər verib, reportajlar yayımlayıblar.
Çinin milli xəbər agentliyi olan Sinxuanın “Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb” başlıqlı məqaləsində deyilir ki, beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq Azərbaycan-Çin münasibətləri öz inkişaf dinamikasını qoruyub saxlayıb, iki ölkə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Sinxua yazır ki, Azərbaycan və Çin bir-birinin milli dövlət suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü, milli şəraitə uyğun inkişaf yolunu dəstəkləyir. Məqalədə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində iki ölkənin səmərəli əməkdaşlığından da söz açılıb.
Sinxua agentliyi dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın mətnini də yayımlayıb.
Agentlik Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan xüsusi material da hazırlayıb.
“China Global Television Network” (CGTN telekanalının internet səhifəsində “Çin Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq qurur” başlıqlı yazıda qeyd olunur ki, Azərbaycan Prezidentinin Çinə səfər zamanı dövlət başçıları İlham Əliyev və Si Cinpin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu elan ediblər.
“Altai News Network” saytı yazır ki, Azərbaycan və Çin bir-birinə hörmət və etimadla yanaşır, bütün sahələrdə əməkdaşlığı, iqtisadi-ticari əlaqələri, o cümlədən rəqəmsal iqtisadiyyat, yaşıl enerji, elm və texnologiya sahələrində əməkdaşlığı genişləndirir, xalqlar arasında təmasların daha da sıxlaşmasına çalışırlar. Bundan başqa, tərəflər hakim partiyalar arasında əlaqələrin dərinləşməsi, beynəlxalq və regional məsələlərdə əlaqələndirmənin gücləndirilməsi istiqamətində səylərini davam etdirirlər.
Çin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsindən çox sayda xəbər hazırlayaraq oxucularına təqdim edib.










Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!