Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 13-06-2025, 20:50
Arayikgil növbəti dəfə hakim qarşısında


Arayikgil növbəti dəfə hakim qarşısında

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 13-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyana Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov tərəfindən növbəti suallar verilib.
L.Mnatsakanyan 2015-2018-ci illərdə qondarma rejimin “ordu komandanı”, 2018-2019-cu illərdə “fövqəladə hallar xidmətinin rəisi”, 2019-cu ilin iyunundan 2020-ci il iyunun əvvəlinədək “polis rəisi” işlədiyini, sonra təqaüdə çıxdığını bildirib və əlavə edib: “Vəzifədən” azad olunduqdan sonra mən heç bir ictimai və rəsmi yerdə işləməmişəm, polis təqaüdçüsü olmuşam”.
L.Mnatsakanyan “vəzifədən azad olunması”nı Ermənistanın Yerqirabad Könüllülər Birliyinin sədri Sasun Mikayelyanın dediklərinə cavab verməsi ilə əsaslandırıb.
O, “Hansı vəzifəli şəxsin əmri ilə azad olundunuz?” sualına “baş nazirin iştirakı ilə Ermənistan prezidentinin” cavabını verib. Əlavə edib ki, həmin vaxt Ermənistanda baş nazir vəzifəsini Nikol Paşinyan, prezident vəzifəsini isə Armen Sarkisyan tutub.
Təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun “prezidenti” Arayik Harutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib.
Belə ki, A.Harutyunyan müharibə zamanı ona ayrı-ayrı vaxtlarda iki dəfə müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli “hakimiyyət orqanları”na kömək etməsini və artilleriyanın vəziyyətini yoxlamasını istəyib. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlı Hadrut, Suqovuşan və digər istiqamətlərdə olub.
Bundan sonra məhkəmədə L.Mnatsakanyanın da iştirak etdiyi və 44 günlük müharibə dövründə Şuşakənd orta məktəbində hərbçilərin keçirdikləri müşavirənin videoyazısı nümayiş olunub.
Müşavirədə çıxış edən qondarma rejimin 1994-2000-ci illərdə “ordu komandanı” olmuş Samvel Babayan (qondarma rejimin keçmiş “müdafiə naziri”, keçmiş “təhlükəsizlik şurasının katibi” – red.) hərbçilərə tapşırıq verərək, rəqibi Şuşada mühasirəyə almaq üçün hazırlanan hücum əməliyyatının planını izah edir. O, xəritədə konkret yerləri göstərərək orada minalanmış sahənin olduğunu deyir. Bildirir ki, həmin sahəni keçməyin. Samvel Babayan üzünü hərbçilərə tutaraq bildirir ki, Qarabağın taleyi sizin sabahkı fəaliyyətinizdən asılıdır. Kim hansı tapşırığı alırsa, onu da icra etməlidir. Əməliyyat formal deyil və əgər baş tutmasa, Qarabağla vidalaşıb İrəvana getməliyik. Getmək üçün də Azərbaycanın icazə verib-verməyəcəyi bəlli deyil.
O qeyd edir ki, sürət əsas tapşırıqdır və tez bir zamanda lazım olan mövqelər tutulmalıdır. Samvel Babayan səhər saat 6-da hadisə yerində olmağı, 7-də isə artilleriyanın işə düşəcəyini, hücuma keçəcəklərini söyləyir.
Məhkəmədə Levon Mnatsakanyan həmin müşavirədə iştirakını təsdiqləyərək deyib ki, kadrlar 2020-ci il noyabrın 5-də çəkilib.
Müşavirəni Samvel Babayan keçirib. Cavabdeh şəxs də S.Babayan olub. Müşavirədə 3 taborun “komandiri” iştirak edib. L.Mnatsakanyan həmin yerə bir gün əvvəl getdiyini bildirib. Əlavə edib ki, məqsəd 3 taborun gücü ilə hücum edib Çanaqçı, Daşaltı, Şuşa istiqamətlərində yolu bağlamaq olub. Yəni, qüvvələr bölünməli, rəqib bütün təminat növlərindən məhrum edilməli idi. Müşavirə rəhbərinin fikrincə, uğurlu əməliyyat nəticəsində Şuşanı gələcəkdə müdafiə etmək daha asan olacaqdı. Əməliyyat səhər saat 6-da başlamalı idi. Amma rəhbər heyət getdikdən sonra orada qalan komandirlər plandan narazılıqlarını bildirərək, bunun üçün hazır olmadıqlarını və hazırlaşmaq üçün vaxt verilmədiyini bildiriblər.
L.Mnatsakanyan deyib ki, əməliyyat baş tutmayıb. O, müşavirənin iştirakçılarından birinin həmin vaxt ordu tərəfindən Şuşa istiqamətində “məsul şəxs” təyin edilən Artur Harutyunyan olduğunu qeyd edib.
Dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən şəxsin əvvəlki ifadələrinə istinad edərək onun “İskəndər M”, “Smerç”, “Elbrus” və “Toçka U” raketlərinin qondarma rejimin “ordusu”nun arsenalında olmaması barədə fikirlərini xatırladıb. Ardınca həmin raketlərin Azərbaycanın yaşayış məntəqələrinə, mülki infrastruktur obyektlərinə atılması barədə əmrin kim tərəfindən verildiyini soruşub.
L.Mnatsakanyan sualı belə cavablandırıb: “Bu silahlar Ermənistan Respublikasının silahlı qüvvələrində Raket qoşunlarının artilleriya idarəsindədir və onlar idarə edirlər. İndi orada hansı qaydalar var, onu artıq bilmirəm. Ermənistan Respublikasının qanuna görə, Ermənistan Respublikasının Təhlükəsizlik Şurası tərəfindən sənədlər paketi təsdiqlənir”.
O, qondarma rejimin silah idxalına dair heç bir dövlətlə müqaviləsi bağlamadığını da vurğulayaraq deyib: “Mən “ordu komandanı” olduğum dövrlə (2015-2018-ci illərdə red.) bağlı cavab verim. Heç bir ölkə ilə müqavilə bağlanılmayıb, heç bir silah-sursat idxal etməyib. Silahları yalnız Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi almışıq”.
Baş prokurorluğun Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində döyüşmək üçün Rusiyadan, Livandan, Amerikadan, Fransadan, Suriyadan, Kanadadan, Avstraliyadan, İspaniyadan, Avropanın müxtəlif ölkələrindən erməniəsilli şəxslərin gəldiyini bildirib.
O, digər suallara cavab verərkən Aprel döyüşləri zamanı silahlı birləşmələrin ehtiyatda olan dəstələrinin Ağdam və Xaçınçay istiqamətlərinə yerləşdirilməsi ilə bağlı əmrin özü tərəfindən verdildiyini deyib.
L.Mnatsakanyan Aprel döyüşləri zamanı şimal və cənub istiqamətlərində artilleriya üzrə cavabdeh olmuş şəxslərin adlarını da açıqlayıb: “Briqada komandiri Qriqori Sahakyan, artilleriya rəisi Gena Baqdasaryan idi”.
O, prokurorun suallarını cavablandırarkən 2016-cı ildə Aprel döyüşlərindən bir qədər sonra Ermənistan Respublikasının prezidenti Serk Sarkisyanın Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə səfər etdiyini təsdiqləyib və deyib: “Ermənistan Respublikasının prezidenti hər il Qarabağa səfər edirdi və səfər çərçivəsində hərbi hissələrə də gəlirdi. Bu, 2016-cı ildə istisna təşkil etməyib. Yəni, həmin ildə də gəlib, hərbi hissəyə səfər edib”.
O, həmçinin qondarma rejimin “ordu komandanı” olduğu dövrdə bu səfərlərdə Ermənistan prezidentini müşayiət etdiyini də bildirib.
Təqsirləndirilən şəxs Aprel döyüşlərində iştirak edən hərbçilərin bir qisminin təltif olunduğunu da diqqətə çatdırıb.
L.Mnatsakanyan minalar basdırılandan sonra tərtib olunan xəritələrlə bağlı sualı da cavablandırıb. O deyib: “Minalanmış sahələrin xəritələri “yuxarı”ya - Ermənistan silahlı qüvvələrinin Mühəndis qoşunları idarəsinə gedirdi. Amma formulyarları dəqiq bilmirəm”.
Ardınca təqsirləndirilən şəxs müdafiəçilərin suallarını cavablandırıb.
Məhkəmə iclasında dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs David Manukyana suallar verib. Lakin D.Manukyan sualların əksəriyyətini cavablandırmaqdan yayınıb.
Təqsirləndirilən şəxs azərbaycanlı əhalinin evlərindən didərgin salınmasında iştirak etmədiyini iddia edib.
O, mina basdırılması barədə sualı cavablandırarkən “Biz onları basdırmışdıq ki, ön xətti keçə bilməsinlər” deyib.
Məhkəmə prosesi iyunun 19-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!