Maksim Medvedev baş məşqçi oldu .....                        Ermənistan Hindistandan qırıcı almaq istəyir .....                        Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya .....                        Paşinyan söyüşləri dayandırır .....                        Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı .....                        Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                       
Tarix : 13-05-2016, 16:56
Cəbhə bölgəsindəki əmlaklar sənədləşdirilir




Əmlak Məsələləri Dövlət Komitəsi cəbhə bölgələrindəki daşınmaz əmlakların kütləvi sənədləşdirilməsinə başlayıb.

Butov.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, ölkədə daşınmaz əmlakların qeydiyyata alınması və leqal əmlak dövriyyəsinə qoşulmasına imkan verən ən mühüm layihə olan “Kütləvi çıxarış” kampaniyası mayın 13-də Tərtər rayonunda keçirilib.

Komitə əməkdaşları tərəfindən keçirilən kampaniyada cəbhə bölgəsinin 200-ə yaxın sakininə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə rahat şəkildə mülkiyyət sənədləri təqdim edilib. Rayon sakinlərinə həyətyani evləri, torpaq sahələrinə dair ilkin çıxarış sənədləri təqdim olunub. Eyni zamanda, sakinlərin əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, orderlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəzlənib.

Kampaniya çərçivəsində sakinlərə pulsuz hüquqi yardım xidmətləri də göstərilib. Komitənin hüquqşünasları onlara evlər, mənzillər, torpaqlara çıxarış və texniki pasport alınması, bunun üçün lazım olan ilkin sənədlər barədə ətraflı məlumat veriblər. Eləcə də çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları ilə bağlı izah və istiqamət də verilib.

Qeyd edək ki, “Kütləvi çıxarış” kampaniyası komitə tərəfindən reallaşdırılan mühüm sosial layihədir. Bu kampaniya çərçivəsində ölkə vətəndaşlarına öz əmlaklarını yerindəcə qeydiyyatdan keçirməyə şərait yaradılır. Belə bir kampaniyanın məhz cəbhə bölgəsində təşkil olunmasında məqsəd Tərtər rayon sakinlərinə daşınmaz əmlakın qeydiyyatı xidmətlərini rahat çatdırmaqla yanaşı, həm də bölgə əhalisinin mülkiyyət hüquqlarını təmin etməkdir. Komitənin bu addımı mürəkkəb şəraitdə yaşayan və tez-tez düşmən tərəfin atəşlərinə məruz qalan cəbhə bölgəsi sakinlərinə dövlət qayğısının göstəricisidir.

Kampaniya sosial layihə olduğu üçün əlavə ödəniş tələb olunmur. Mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir.

“Kütləvi çıxarış” kampaniyasının digər mühüm üstünlüyü xidmətlərin əhaliyə bilavasitə yerlərdə və ünvanlarda “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi, rahatlıq və operativliyin təmin olunması və bu sahədə vətəndaş məmnunluğunun artırılmasıdır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!