"Mən insulin satanam?" - Endokrinoloji Mərkəzin sabiq direktoru .....                        Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilə bilər? .....                        Köçkünlərin "çörəkpulu" nə vəxt kəsiləcək? - Deputat AÇIQLADI .....                        Polis əməkdaşlarının maaşları ilə bağlı qərar .....                        DİM sertifikasiya imtahanı modeli hazırlayıb .....                        Azərbaycanda bu imtahan ödənişsizdir .....                        Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan .....                        Tramp Putinlə sabah danışacaq - Peskov detalları açıqlamadı .....                        Miraslan Bəkirli-70 .....                       
Tarix : 20-05-2016, 10:45
20 may Ümumdünya Metrologiya günüdür



Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, Ümumdünya Metrologiya gününün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökümət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.

Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb

Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.

2016-cı il üçün devizin “Dinamik dünyada ölçmələr” seçilməsi təsadüfi deyil. Bu deviz cari ilin metrologiya sahəsində həm dinamik kəmiyyətlərin dəqiq ölçülməsi üçün mövcud olan problemlərin, həm də ölçmə elminin müasir tələblərə uyğunlaşdırılmasının vacibliyinə həsr edildiyini bildirir.

Hazırda Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işləri aparılır. Belə ki, Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Yaxın illər ərzində qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!