Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                       
Tarix : 30-09-2015, 10:54
Elmar Məmmədyarov: “Azərbaycan müasir texnologiyaların əldə edilməsində maraqlıdır”


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin (NSHQM) qüvvəyə minməsinin asanlaşdırılmasına dair IX konfransda çıxış edib.

Butov.az APA-ya istinadən məlumat verir ki, NSHQM-nin 183 ölkə tərəfindən imzalanması və 164 ölkə tərəfindən ratifikasiya edilməsi ilə müqavilədən irəli gələn öhdəliklərə qoşulmanın universallığa yaxınlaşması faktını alqışladığını deyən nazir qeyd edib ki, NSHQM-nın və dünyada nüvə təhlükəsizliyinin universallığının təmin edilməsi istiqamətində daha çox işlər görülməlidir.

“Biz müqavilənin bəndlərinin tətbiq edilməsi, xüsusilə Vyanada Beynəlxalq Monitorinq Sistemi, Yerində Təftiş elementləri və Beynəlxalq Məlumat Mərkəzinin yaradılması üzrə Hazırlıq Komissiyasının və Müvəqqəti Texniki katibliyin bu günə qədər göstərdiyi səyləri təqdir edirik. Əsas funksiyasına əlavə olaraq, müqavilənin icrasının yoxlanılma sisteminin dalğa ötürücü və radioaktiv izotop texnologiyaları və məlumat sisteminin istifadəsinin elmi və mülki tətbiq edilməsi, eləcə də fəlakət zamanı həyəcan siqnalı daxil olmaqla, elmi və mülki faydası var. NSHQM-nin icrasının yoxlanılması rejimi müqaviləyə qoşulan dövlətləri zəlzələ, sunami və nüvə qəzaları və digər elmi-mülki zərurətlər üçün real vaxt rejimində dəqiq məlumatla təmin etməklə öz faydalılığını nümayiş etdirib. Beynəlxalq Məlumat Mərkəzində toplanmış məlumatların mülki və elmi məqsədlər üçün istifadə olunduğunu nəzərə alsaq, beynəlxalq ictimaiyyətin bu imkanlardan geniş şəkildə faydalanması üçün yolların axtarılması önəmlidir. Biz Müvəqqəti Texniki Katiblik tərəfindən müqaviləyə tərəf ölkələr üçün müvafiq təlim kurslarının və seminarların təşkilini, müqavilənin bəndlərinin effektiv şəkildə icrasını təmin etmək üçün bu ölkələrə öz imkanlarının təkmilləşdirilməsi istiqamətində göstərilən yardımı yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb.

E. Məmmədyarov həmçinin bildirib ki, qeyd olunanların fonunda Azərbaycan tərəfi üç il bundan öncə İmkanların Yaradılması Proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu nəzdində yaradılmış Milli Məlumat Mərkəzinin müvafiq əsas avadanlıq və texnologiyalarla təmin edilməsi üzrə texniki yardımı təqdir edir: “Bu yardım Azərbaycanda Milli Məlumat Mərkəzinin imkanlarına əhəmiyyətli dərəcədə öz töhfəsini verib. Mərkəzin işlərini və fəaliyyətini canlandırmaq, həmçinin potensialının inkişafının təmin edilməsi üçün daha çox səy göstərilməsi lazımdır. Azərbaycan bundan sonra da müasir texnologiyaların əldə edilməsi, texnologiyalara nəzarət üzrə mütəxəssislər üçün təlim proqramları imkanlarının genişləndirilməsi və NSHQT-nın fəaliyyətinin digər istiqamətləri üzrə milli potensialının gücləndirilməsində maraqlıdır”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!