İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 27-08-2025, 17:39
Sülh sazişi 2026-cı ilin sonunadək İMZALANA BİLƏR


Sülh sazişi 2026-cı ilin sonunadək İMZALANA BİLƏR

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı Birgə Bəyannamə Cənubi Qafqazda uzun illər davam edən münaqişəyə son qoymaq istiqamətində tarixi addım kimi qiymətləndirilir. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşma regionda yeni siyasi və iqtisadi imkanlar yaradır.
Bu barədə "Foreign Policy" jurnalında dərc olunan məqalədə bildirilib. Məqalənin müəllifi ABŞ Milli Müdafiə Universitetinin Strateji Tədqiqatlar İnstitutunun araşdırmaçısı Ceffri Mankoffdir.
O yazır ki, razılaşma yalnız Bakı və İrəvan üçün deyil, bütün Cənubi Qafqaz üçün dönüş nöqtəsidir. ABŞ uzun müddətdən sonra postsovet məkanında ən böyük diplomatik təşəbbüslərindən birinə imza ataraq bölgəyə qayıdışını nümayiş etdirdi.
Mankoff hesab edir ki, Azərbaycanın 2020-ci ildəki hərbi qələbəsi və 2023-cü ildə Qarabağın tam azad edilməsi yeni reallıq yaratdı. Paşinyan bu məğlubiyyət fonunda sülhün zəruriliyini qəbul etdi, Bakı isə üstün mövqeyindən çıxış edərək daha sərt şərtlər irəli sürdü. Sazişə görə, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması nəzərdə tutulur.
Ən mübahisəli məqam Naxçıvana gedən dəhliz ilə bağlıdır. Azərbaycan bu yolun maneəsiz açılmasını tələb edir, Ermənistan isə suverenliyinə təhlükə yarada biləcək xarici hərbi nəzarətə qarşı çıxır. ABŞ diplomatiyasının əsas yeniliyi dəhlizin inkişaf hüquqlarının eksklüziv olaraq Vaşinqtona verilməsi təklifidir. Digər mühüm məsələ Ermənistan Konstitusiyasına dəyişikliklərdir.
Razılaşma hər iki ölkə üçün mühüm faydalar vəd edir. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq əldə edərək enerji və infrastruktur layihələrinə sərmayə cəlb edə, həmçinin müdafiə sahəsində məhdudiyyətlərin aradan qalxmasına nail ola bilər. Ermənistan isə uzun illərdir bağlı olan sərhədlərin açılması, Türkiyə ilə normallaşma və regional ticarət şəbəkələrinə qoşulmaq imkanı qazanır. Bu proses “Orta Dəhliz” layihəsini gücləndirərək regionu Avropa və Asiya arasında strateji körpüyə çevirə bilər.
Bununla belə, risklər də az deyil. Ermənistanda siyasi qeyri-sabitlik və çevriliş cəhdləri, Rusiyanın və İranın kəskin narazılığı, habelə ictimai etimadın zəifliyi sülh prosesini çətinləşdirir. Moskva artıq Ukraynada Azərbaycan şirkətlərinə məxsus obyektlərə hücum etməklə xəbərdarlıq edib, İran isə ABŞ-ın bölgədə möhkəmlənməsini açıq şəkildə rədd edir.
Müəllifin qənaətinə görə, bütün risklərə baxmayaraq, bu sənəd Cənubi Qafqazda yeni dövrün başlanğıcını simvolizə edir. Bu addım yalnız siyasi liderlərin cəsarətini deyil, həm də ABŞ və Fransanın diplomatik səylərini əks etdirir. Onilliklərdir davam edən münaqişənin sonlanması, regionun inteqrasiyası və beynəlxalq güclərin maraqlarının yenidən formalaşması Cənubi Qafqaz üçün yeni perspektivlər açır.
Mankoff yazır ki, Vaşinqtonda imzalanan çərçivə razılaşması hələ yekun sülh sənədi deyil. ABŞ administrasiyası bu ilkin sazişin gələcəkdə tam sülh müqaviləsinə çevriləcəyini gözləyir.
Məqalədə göstərilir ki, Tramp administrasiyası 2026-cı ilin sonuna qədər yekun sülh sazişinin imzalanıb ratifikasiya olunacağına ümid edir. Yəni 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənəd yalnız çərçivə razılaşmasıdır, əsas sülh sazişinin isə 2026-cı ildə rəsmiləşdirilməsi planlaşdırılır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!