Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                        Milli Məclisin bu il üçün son iclasının gündəliyi .....                        Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər .....                        Təyyarəyə kənar müdaxilə olub - Nazir .....                       
Tarix : 27-10-2016, 20:19
"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər İctimai Birliyi"ndən Butov.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları şəhid Rəfael Əsədov və İqor Makeyevin ad günləri münasibəti ilə oktyabrın 27-də Gəncə şəhərində "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Əvvəlcə bir qrup hərbi qulluqçu və şəhər ictimaiyyətinin nümayəndələri Bakı və Gəncə Şəhidlər Xiyabanlarına gedərək polkovnik Rəfael Əsədovun və əsgər İqor Makeyevin məzarlarını ziyarət ediblər.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının geniş tamaşa salonunda Əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə teatrlaşdırılmış rekviyem-tamaşa təqdim edilib.
Aparıcılar xalqımızın hərbi şöhrət tarixindən söhbət açıb, hərbi marşlar, vətənpərvərlik şeir və mahnıları ifa olunub, şəhid milli qəhrəmanların həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, qəhrəmanlıq xalqımızın qanına hopmuş ali bir hissdir və həyatda qəhrəmanlığa həmişə yer var. Qədirbilən xalqımız qəhrəmanlıq ənənələrini qoruyur, inkişaf etdirir və qəhrəmanlıq estafeti uğurla nəsildən-nəsilə ötürülür.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hərb tariximizə sonsuz ehtiram və məhəbbətlə yanaşmış, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının hünər və rəşadətlərini yüksək qiymətləndirmişdir.
"Xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz", - deyən Ulu öndərimiz gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində ata-babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəf və vicdanla davam etdirməyi həmişə məsləhət görərdi. Çünki, gələcək qəhrəmanlıqların, igidliklərin təməli məhz tariximizdədir, ata-babalarımızın keçdiyi şanlı döyüş yolundadır. Əgər bu gün hər hansı bir xalq tarix səhnəsindədirsə, deməli, onun tarixi inkişafında, xalq kimi formalaşmasında özünəməxsus qəhrəmanlıq nümunələri olmuşdur.
Tədbirdə vurğulanıb ki, bu gün də möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ideoloji sferada hərbi şöhrət tariximizin təbliği, gənclərin əcdadların qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsi məsələləri prioritetdir.
Tədbirdə bildirilib ki, gəncəlilər də Azərbaycanın hərb tarixinə parlaq və yaddaqalan səhifələr yazıb. Təkcə Cavad Xanın adını xatırlamaq kifayətdir ki, gəncəlilər işğalçılara qarşı ellikcə vuruşmuş, Vətən uğrunda canlarını və qanlarını əsirgəməmişlər.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda 400 nəfərdən çox gəncəli şəhid olmuş, onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş, onlarla döyüşçü orden və medallarla təltif olunmuşdur.
Polkovnik Rəfael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də bu şəhərdə doğulmuş, Tbilisi Ali Artilleriya Məktəbi və Sankt-Peterburq Hərbi Artilleriya Akademiyyasında hərbi təhsil almış, SSRİ Silahlı Qüvvələrinin məhdud kontingentli qüvvələri tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edərək "leytenant" rütbəsindən "polkovnik" rütbəsinədək yüksəlmişdir.
Vətənimizin başının üstünü qara buludlar alanda o, qəlbinin hökmü ilə vətənə qayıtmış, taleyini yenicə yaranmaqda olan Milli ordumuzla bağlamışdır.
Artilleriya qoşunlarımızın yaradılmasında, müasir zenit batareyasının təşkilində öz bilik və bacarığını əsirgəməyən polkovnik Əsədov Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində aparılan hərbi əməliyyatların təşkilatçısı və fəal iştirakçısı kimi böyük şöhrət qazanmışdır. Onun rəhbərlik etdiyi döyüşlər həmişə uğurla nəticələnmiş, həmin əməliyyatlar zamanı düşmən yüzlərlə döyüşçüsünü və hərbi texnikasını itirmişdir.
1992-ci ilin noyabr ayının 12-də növbəti əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə baxış keçirərkən yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olan polkovnik Əsədov Rəfail Əvəz oğluna Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Polkovnik R.Ə.Əsədovun xatirəsi həm xalqımız, həm gəncəlilər, həm də Silahlı Qüvvələrimizin şəxsi heyəti tərəfindən həmişə əziz tutulur.
Vətənpərvərlik tədbirinin iştirakçıları 1971-ci il oktyabr ayının 27-də Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açan qəhrəman eloğlumuz İqor Vladimiroviç Makeyevin də qısa, lakin mənalı ömür yoluna da nəzər salıblar.
Qeyd olunub ki, İqor Vladimiroviç Mir Cəlal adına Kəpəz rayon 39 saylı orta məktəbini bitirib. 8 saylı texniki-peşə məktəbində avtomobil çilingəri peşəsinə yiyələnib. Bakıda desant qoşunları hissəsində xidmət keçib. Sonra da Rostov vilayətinə, çavuş məktəbinə göndərilib.
Azərbaycanda vəziyyət gərginləşəndə, erməni silahlı dəstələri sərhədlərimizi atəşə tutanda, günahsız insanların qanları töküləndə, yaşayış məntəqələri darmadağın ediləndə İqor hərbi xidmətini yarımçıq qoyaraq Vətənə qayıdır və gəlişini anasına bu cür izah edir: "Ana, mən Azərbaycanda dünyaya göz açmışam. İlk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram. Övlad Vətənini dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da qurban verərəm".
İqor Makeyev döyüşçülərə qoşulur. Çox keçmir ki, onu taqım komandirinin müavini vəzifəsinə təyin edirlər.
Aparıcılar məlumat verirlər ki, 1992-ci il iyun ayının 5-də sübh tezdən erməni quldurları Naxçivanik kəndinə qəflətən hücuma keçir. İqor dərhal istirahətdə olan bütün şəxsi heyəti ayağa qaldırır. Döyüş bir saata yaxın davam edir. Düşmən xeyli canlı qüvvə ilə hücuma keçdiyindən vəziyyət gərginləşir. Lakin buna baxmayaraq İqor və onun tağımı son güllələrinə qədər döyüşürlər. Vəziyyətin daha da gərginləşməsini və arxadan kömək gəlmədiyini görən İqor yaralıları çıxarmaqdan savayı özgə bir yol qalmadığını hiss edir və atəşlər altında neçə döyüşçünün həyatını xilas edir. Naxçivanik düşmən tərəfindən ələ keçirilir. Lakin bu 3-4 saat çəkir. Taqım komandiri İqor Makeyev köməyə gələn qüvvələrlə birlikdə geriyə qayıdaraq yenidən kəndi azad edirlər. Bu döyüşdə İqor Makeyev xüsusilə fərqlənir.
Ağdam və Tərtər döyüşlərində İqor Makeyev daha böyük qəhrəmanlıq nümunələri göstərir. Bu istiqamətdə düşmən layiqli cavab aldığından bir müddət başını yuxarı qaldıra bilmir. Ancaq Ağdərə uğrunda döyüşlər daha da şiddətlənmişdi. Düşmənin geri oturdulması üçün köməyə ehtiyac var idi. Bu dəfə nisbi sakitlikdən istifadə edərək Ağdamdan Ağdərəyə kömək üçün bir dəstə göndərilir.
Həmin dəstənin tərkibində İqor da var idi. Onun özü xahiş etmişdi. Harada döyüş gedirsə, hökmən İqor da orada olmalıdır.
Yenə də İqor Ağdərə uğrunda döyüşlərdə öndədir. Bütün silahlardan baş çıxardığı üçün o, gah avtomatla , gah qumbaratanla, gah da pulemyotla düşmən üzərinə od ələyirdi.
2 avqust 1992-ci il İqor üçün son döyüş olur. "Vışka" yüksəkliyi uğrunda döyüşdə İqor "Nikulin" ləqəbli azərbaycanlı döyüşçü ilə bir yerdə 28 nəfərin mühasirədən çıxmasına şərait yaratsa da, özü bu döyüşdə qəhrəmanlıqla həlak olur.
İqor Makayevin (Gəncə Dövlət Dram Teatrının aktyoru Murad) son sözləri tamaşaçılarda duyğulu anlar yaşadır: "Ana, axı demişdim, mən Azərbaycanda dünyaya göz açmışam. İlk addımlarımı bu torpaqda atmışam. Qanım bu torpağa halaldır. Məni bu torpaqda, Gəncədə dəfn edin. Bir vaxt siz də Gəncədə olmayacaqsınız, ancaq Azərbaycan xalqı, gəncəlilər olacaq. Onlar məni heç vaxt unutmayacaqlar. Məni azərbaycanlı şəhidlərdən biri kimi dəfn edərsiniz. Sevdiyim o qıza da deyərsiniz ki, gözləsin məni, Mən qayıdacağam, sevgilim, gözlə məni..."
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, Gəncə Dövlət Dram Teatrının, Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivinin, Şəmkir birliyi əsgər xorunun çıxışları tədbir iştirakçılarını qəhrəmanlıq ənənələrini yaşatmağa, respublikamızın ərazi bütövlüyünün təmin olunması naminə hər an Ali Baş Komandanın əmrlərinə hazır olmağa çağırır.
Tədbirin sonunda Milli Qəhrəman Rəfael Əsədovun Kiyevdə yaşayan ailə üzvləri ilə telefon bağlantısı yaradılır.
Qəhrəmanın həyat yoldaşı Valentina Qriqoriyevna şəhidlərin adlarını əziz tutduqlarına, xatirələrini hörmət və ehtiramla yad etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliklərinə, tədbirin təşkilatçılarına, eləcə də bütün Azərbaycan xalqına, qədirbilən gəncəlilərə ailələri adından dərin minnətdarlıqlarını bildirir.

Gəncə şəhərində "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib - FOTOLAR
Gəncə şəhərində "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib - FOTOLAR
Gəncə şəhərində "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib - FOTOLAR
Gəncə şəhərində "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib - FOTOLAR
Gəncə şəhərində "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib - FOTOLAR
Gəncə şəhərində "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib - FOTOLAR
Gəncə şəhərində "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib - FOTOLAR


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!