Sumqayıtda binada yanğın - Sakinlər təxliyə edildi .....                        Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb .....                        Zaqatalada ağır qəza: Yaralılar var .....                        Danışığını bilməyən ağılsız - Xalq artistindən sərt reaksiya .....                        Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı .....                        Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir" .....                        Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı .....                        Ermənistan dezinformasiya yayır .....                        56 yaşlı kişini ildırım vurub öldürdü .....                       
Tarix : 16-11-2016, 19:08
IDEA İctimai Birliyi və “Qafqaz Təbiəti Mərkəzi” arasında əməkdaşlıq sazişi imzalanıb

Noyabrın 15-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Qafqaz Təbiəti Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının Moskva şəhərində yerləşən baş qərargahında təşkilatın baş direktoru Renata Şyuşayte ilə görüşüb.

Butov.az xəbər verir ki, IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, R.Şyuşayte rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bildirib ki, “Şimali Qafqaz Təbiətinin Qorunması və Mühafizəsi Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatı (“Qafqaz Təbiəti Mərkəzi” MQKT) “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti tərəfindən yaradılıb. “Qafqaz Təbiəti Mərkəzi” MQKT-nin məqsədi Şimali Qafqaz təbiətinin resurslarının qorunmasına, artırılmasına və mühafizəsinə, Şimali Qafqaz Federal Dairəsində ekoloji təşəbbüslərin dəstəklənməsi, Şimali Qafqazın flora və faunasının nadir və yoxolma təhlükəsi ilə üzləşən növlərinin qorunması üzrə təbiətin mühafizəsi layihələrinin reallaşdırılmasına yönələn layihələri sistemli olaraq həyata keçirməkdir.

Mərkəzin başlıca layihələrindən biri – “Qafqazda Ön Asiya bəbirinin bərpası (reintroduksiya) üzrə proqram” Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2007-ci ildən reallaşdırılır. Proqramın inkişafı məqsədilə Soçi Milli Parkında Qafqazda Bəbirlərin Bərpası Mərkəzi inşa olunub.

Leyla Əliyeva, öz növbəsində, IDEA-nın Qafqazın nadir heyvan növlərinin mühafizəsi layihələrindən, o cümlədən “Qafqazın Böyük Beşliyi” proqramı barədə danışıb. O, 2016-cı ilin iyun ayında Soçi Milli Parkına səfərini xatırlayaraq, burada yaradılmış Qafqazda Bəbirlərin Bərpası Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirib. Qeyd olunan Mərkəz Qafqazın nadir heyvan növü olan bəbirlərin populyasiyası üzrə bir təsisatdır. Leyla Əliyeva Qafqaz faunasının mühafizəsinin səmərəliliyinin artırılması baxımından IDEA və “Qafqaz Təbiəti Mərkəzi”nin səylərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə IDEA İctimai Birliyi və “Qafqaz Təbiəti Mərkəzi” MQKT arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər arasında Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması sahəsində birgə fəaliyyət istiqamətləri müəyyən olunub.

Tərəflər aktual regional ekoloji məsələləri, o cümlədən sərhədyanı ərazilərdə təbiətin qorunması və ictimaiyyətin maarifləndirilməsini, zubrların Qafqaza reintroduksiyası və onların sayının artırılması, Xəzər suitisinin mühafizəsi və Qafqazda eko-turizmin təşviqi sahələrində əməkdaşlıq perspektivlərini, həmçinin Rusiyada yaşayan azərbaycanlı gənclərin “2017 – Ekologiya ili” çərçivəsində həyata keçiriləcək ekoloji layihələrdə iştirakını müzakirə ediblər.
IDEA İctimai Birliyi və “Qafqaz Təbiəti Mərkəzi” arasında əməkdaşlıq sazişi imzalanıb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!