Vilayət Eyvazov sıra baxışı keçirdi - VİDEO .....                        Qanunsuz silah və partlayıcı maddələr əldə etməyə görə sanksiyalar dəyişdi .....                        İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırıldı .....                        Nazirlik təlimlərlə bağlı məlumat yaydı - VİDEO .....                        TBMM-in iclası deputatların etirazına görə təxirə salındı .....                        YURDUMUZA BAHAR GƏLİR .....                        Xankəndi şəhərində Novruz bayramı qeyd olunur - .....                        Suqovuşan məscidindən yeni FOTOLAR .....                        Vardanyanın məhkəməsində kimlər ifadə verdi? - FOTO .....                       
Tarix : 7-03-2017, 19:24
94 QHT MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə çağırış etdi

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyası üzvləri MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib. 2017-ci il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək növbəti toplantısı ərəfəsində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müracəti 140 Koalisiya üzvündən 94-ü dəstəkləyib.

Butov.az xəbər verir ki, bu barədə MSŞA Koalisiyası Şura üzvü Əliməmməd Nuriyev Teleqraf.com-a məlumat verib.

Onun sözlərinə görə, müraciətdə yerli vətəndaş cəmiyyətləri Azərbyacanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçün vacib hesab edir:

“MHŞT ölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi, gəlirlərin düzgün idarə edilməsi, ictimai iştirakçılığı dəstəkləməklə yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir. MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir.

Bir daha qeyd edək ki, yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından həm də vətəndaş cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı”.

Ə.Nuriyev bildirib ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 15 aprel 2015-ci il tarixli iclasında Azərbaycan üçün təsdiq edilən İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atıldığı da diqqətə çatdırılıb:

"Müraciətdə qeyd edilib ki, Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair hokumət müvafiq qərarlar qəbul edib (ölkə prezidentinin 21 oktyabr 2016-cı il tarixli fərmanı, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli və 24 yanvar 2017-ci il tarixli qərarları).

Bu qərarlar həm yerli QHT-lər həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir və vətəndaş cəmiyyətinin öncəki faliyyətinin bərpasına zəminlər yaradıb. Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bütün gücümüzlə bu cür müsbət dəyişiklərə təkan verməyə çalışırıq. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probləmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcəkdir”.

Ə.Nuriyevin sözlərinə görə, Koalisiya üzvləri müraciətin sonunda ölkəmizin MHŞT-də iştirakının vətəndaş cəmiyyəti üçün əhəmiyyəti bir daha vurğulanıb: “Xüsusi olaraq bir daha bəyan etdik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

Müraciətlə bərabər QHT qanunvericiliyinə dəyşikliklərlə bağlı yerli və beynəlxalq təşkilatların müsbət rəyləri də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə göndərilib.

Ə.Nuriyev əlavə edib ki, Koalisiya Şurasının altı üzvü (“altılıq”) tərəfindən də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təhrif olunmuş məlumatlar göndərilib: “Bu məlumatlarda situasiya və faktlar təhrif edilib. “Altılıq” Koalisiyanı siyasi platformaya çevirməyə cəhd göstərir. Koalisiyanın maraqlarını şəxsi və siyasi qrup maraqlarına qurban verirlər. Azərbaycanın üzvlüyünün dayandırılması ilə bağlı hər hansı qərar qəbul olunacaqsa, buna görə “altılıq” məsuliyyət daşıyacaq”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!