Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 14-04-2017, 19:39
Cahangir Məmmədli İTV ilə vidalaşdı

Aprelin 13-də İctimai Televiziya və Radio Yayım Şurasının növbəti iclası keçirilib. İclasda Yayım Şurasının 2016 mart – 2017 mart tarixləri arasında fəaliyyəti ilə bağlı hesabatı müzakirə edilib.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, Şura üzvləri hesabat məruzəsinə bəzi əlavələr və dəyişikliklər etməklə, onun ictimaiyyətə təqdim olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Şuranın üç üzvünün Şuradakı fəaliyyət müddətinin başa çatdığı bildirilib. Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən irəli sürülmüş namizədlər – Cahangir Məmmədli və Aqil Dadaşovun Yayım Şurasında on iki illik, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) seçilmiş Muxtar İmanovun isə 6 illik səlahiyyət müddəti bu il martın 15-də başa çatıb. Yayım Şurasının üzvləri və İctimai teleradionun rəhbərliyi bu müddət ərzində birlikdə olduqları hər üç Şura üzvünə təşəkkürünü bildirib, onların hər üçünün peşəkarlıq səviyyəsinin ictimai teleradionun işinə müsbət təsir göstərdiyini qeyd ediblər.

Şura sədri Cahangir Məmmədli iclasda sədr kimi son dəfə çıxış etdiyini bildirərək, ötən 12 illik fəaliyyəti dövründə Şuranın bütün üzvləri və ictimai teleradionun yaradıcı kollektivi ilə birlikdə yalnız bir məqsədə - Azərbaycan cəmiyyətinə, Azərbaycan dövlətinə və azərbaycançılıq ideologiyasına xidmət etdiklərini qürurla söyləyib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!