ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 26-04-2016, 20:47
QHT Şurasında apellyasiya şikayətlərinə baxılıb



Butov.az Türküstan.info -ya istinadla xəbər verir ki, bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib. Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2016-cı il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 29 QHT-nin müraciətinə baxılıb.
Qarşılıqlı anlaşma və diskussiya şəraitində keçən müzakirələrdə komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilərək onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb. Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Şuraya Gənclərin İnkişafı İctimai Birliyi, Energetika və Ekologiya Maarifçilik İctimai Birliyi, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzi İctimai Birliyi, Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, İqtisadçı Tələbələrə Kömək İctimai Birliyi, Azərbaycan İqtisadçılar İttifaqı İctimai Birliyi, Demokratik İslahatçı Gənclər İctimai Birliyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi, “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, “Ekoloq- 2010” Ekoloji maarifləndirmə İctimai Birliyi, “Xan Şuşinski Fondu”, “Skalper” Xəstələrə Yardım İctimai Birliyi, Gənc Sahibkarlar Klubu İctimai Birliyi, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti və Demokratiya və İnsan Hüquqları Komitəsinin layihə təkliflərinə yenidən baxması tövsiyə olunub.

14 QHT-nin layihə təklifi ilə bağlı isə Şuranın qərarı məqbul hesab edilib. Apelyasiya Komissiyasının üzvləri irəli sürülən layihələr ictimai baxımdan aktual və yerinə yetiriləcək fəaliyyətlərin konkret olmasının vacibliyini QHT nümayəndələrinin diqqətinə çatdırıblar. İclasda Şura tərəfindən layihələrin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün mütamadi iş aparıldığı bir daha vurğulanıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!