TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA .....                        Sexdə güclü yanğın - Hadisə yerindən görüntülər .....                        Zəlzələ bölgəsi üçün 500 milyon dollar maliyyə cəlb edilib .....                        Bakıdakı uşaq sığınacağında virus yayıldı .....                        Kadırovun oğluna yeni vəzifə verildi .....                        Pakistan prezidentinin səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirilib .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Nigar Fərhadın verilişi bağlandı .....                       
Tarix : 19-05-2017, 18:19
Energetika Nazirliyi Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət edib

Energetika Nazirliyi Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət edib.
Butov.az xəbər verir ki, Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli fərmanına uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar mövcud və ya inşa ediləcək tikinti obyektlərinin gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan elektrik enerjisi ilə təmin edilməsi üçün zəruri texniki şərtlər, layihə-smeta sənədləri, habelə enerji təchizatı şəbəkəsinə qoşulmaqla bağlı Bakıdakı “ASAN Kommunal” mərkəzlərinə 22 may 2017-ci il tarixindən müraciət edə bilərlər.

Xatırladaq ki, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, Azərbaycanın yerli və xarici investorlar üçün cəlbediciliyinin artması, beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi məqsədinə yönəlmiş Fərmanın icrası ilə əlaqədar olaraq Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, “Azəravtoyol” ASC, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və yerli icra hakimiyyəti orqanlarının hər birindən bir nümayəndə olmaqla Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsinin sədrliyi il “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 8 Texniki Şura yaradılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!