Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
Tarix : 27-09-2016, 18:56
Yeni Texniki Komitə yaradıldı


Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun bazasında “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə (TK 19) yaradılıb. TK 19-un fəaliyyəti beynəlxalq standartlaşdırma orqanı olan İSO/TK 22 “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyəti ilə uyğunlaşdırılıb.

Butov.az xəbər verir ki, bu barədə Axar.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında məqsəd nəqliyyat sahəsində təhlükəsizlik, yol infrastrukturu, nəqliyyatın intellektual idarə edilməsi, nəqliyyat vasitələri, avtomobillər, qoşqular, yarımqoşqular, ehtiyat hissələri, avtomobillər üçün gövdələr, nəqliyyat vasitələrinin hissələri və detalları və digər fəaliyyət istiqamətləri üzrə milli standartların hazırlanması, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilidir.

Buraya həmçinin milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili, beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanması da daxildir.

“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitəsinə sədrliyi “Sumqayıt Texnologiyalar Parkı” MMC həyata keçirəcək. TK-nın strukturuna Nəqliyyat, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, “Azəravtoyol” ASC, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC, Azərbaycan Texniki Universiteti, “NAZ LİFAN” Naxçıvan Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu və s. təşkilatlar aid edilib.

Qeyd olunub ki, Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!