Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                        Ronaldo Səudiyyə klubunda qaldı .....                        Putin Belarusdadır .....                        Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...” .....                        SEPAH generalının öldüyü təsdiqləndi .....                       
Tarix : 22-08-2021, 11:06
Azərbaycanda ilk dəfə “Slou Fud”  təqdimatı keçirilib



Avqustun 20-də Şamaxının Adnalı kəndində Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Turizm Bürosunun, həmçinin Beynəlxalq Slou Fud Assosiasiyasının birgə həyata keçirdiyi “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi" (COVCHEG ) layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə “slou fud” fəlsəfəsinə əsaslanan menyunun təqdimatı keçirilib.

Menyunun hazırlanmasında Slou Fud Dad Gəmisinə daxil olan yerli məhsullardan istifadə edilib. Dad Gəmisi beynəlxalq onlayn kataloq olaraq yox olmaq təhlükəsilə üzləşən yerli məhsulların qeydiyyatını aparır. Hazırda bu kataloqa Azərbaycandan 31 məhsul daxil edilib.
Təqdimat zamanı qonaqlar unikal təamları dadmaqla yanaşı istehsalçılar və alyansa üzv olan aşpazlarla bilavasitə tanış olma imkanı da qazanıblar.
Keyfiyyətli, təmiz və ədalətli qida prinsipinə əsaslanan menyunun tərtibatçıları “Slou Fud” Aşpazlar Alyansının üzvləri tanınmış aşpazlar Orxan Muxtarov və Əbülfəz Həbibovdur. Hazırda bioloji müxtəlifliyi qoruyan və ədalətli qida istehsalçılarını dəstəkləyən beynəlxalq aşpazlar şəbəkəsi olan Alyansa 400-dən artıq aşpaz daxildir və onların da 9-u Azərbaycandan olan nümayəndələrdir.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşən "COVCHEG" (Böyük Qafqaz Dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi) layihəsi Beynəlxalq Slou Fud Assosiasiyası və Azərbaycan Turizm Bürosu tərəfindən həyata keçirilir. Layihənin məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq , dayanıqlı qida sisteminə töhfə vermək, yerli və regional qida zəncirlərini, həmçinin Slou Fud Səyahət proqramı modellərini təbliğ etməkdir. Layihənin pilot ərazisi Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi regionuna daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edir.
“Slou fud” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!