Butov.az xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulu elan edilir.“Ehtiyat zabit hazırlığı kursu”na qəbul şərtləri:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan “Ehtiyat zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək ehtiyatda olan hərbi vəzifəlilər qəbul olunurlar.
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 13 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə - 1 nüsxədə və çap edilmiş - 2 nüsxədə;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);
- məhkumluğun olub-olmaması barədə qeydiyyatda olduğu Rayon Polis İdarəsi (şöbəsi, bölməsi) tərəfindən verilmiş arayış;
- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış.
Qeyd: Məhkumluğu olan, əvvəllər bağlaşma əsasında könüllü həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.
Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi)
Telefon: (012) 538-85-62
Müraciət etmə vaxtı: Noyabrın 13-dən 29-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək.