İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 3-11-2020, 15:03
Ermənistan Kəlbəcər və Laçın istiqamətlərində terrorçu düşərgələri qurur - Hərbi ekspert

Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusu bir aydan çoxdur ki, əks-hücumlarını davam etdirir. Bir sıra ərazilərimiz, strateji və taktiki əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib.

Butov.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib. O bildirib ki, bu müddət ərzində olan döyüşlər onu göstərdi ki, düşmən heç də hazırlıqsız olmayıb: "İstər düşmənin müdafiə rayonları olsun, istərsə də yeraltı tunellər, minalanmış sahələr və bölgəyə cəlb etdikləri silahlar olsun. Hər kvadratmetr üçün düşən silah hesablansa, düşmənin ciddi hazırlıqlarının olduğu ortaya çıxır. Bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti, ruh yüksəkliyi, əldə olan texnoloji vasitələrdən dəqiqliklə istifadə edəbilmə qabiliyyəti düşmənin 30 illik hazırlığını darmadağın etdi".

Hərbi ekspert bildirib ki, bu gün düşmən bu güc nisbətini, yenildiyini, müharibədəki məğlubiyyətini başqa vasitələrlə ört-basdır etməyə çalışır: "Onlar müxtəlif vasitələrlə guya ki, bütün dünya ermənilərini bölgəyə çağırır. Əslində onlar bu adla bölgəyə terrorçu qüvvələr və ekstrmist qrupları cəlb edir. Məlumatlara görə, Kəlbəcər və Laçın istiqamətlərində düşmən tərəfdən terrorçu düşərgələri qurulur. Təbii ki, bu düşərgələr də Azərbaycan Ordusu tərəfindən aşkarlanır və sıradan çıxarılır, düşmənin əlavə hücumlarının qarşısını almaq məqsədilə onlar yerindəcə məhv edilir. Buna baxmayaraq, düşmən hələ də bölgəyə kiçik terrorçu qruplar cəlb etməkdədir. Bu cür terrorçu qruplar təbii ki, əməliyyatların gedişinə təsir göstərəcək. Amma bu gün Azərbaycan Silahlı Qüvvələri asimmetrik hərb nəzəriyyəsinə uyğun olaraq xüsusi təyinatlıların tətbiqi ilə də sözünü deyir. Xüsusi təyinatlı qüvvələrin tətbiqi, o cümlədən onların yüksək texnoloji vasitələrlə təmin olunması artıq əməliyyatların yeni nəzəriyyə əsasında formalaşmasına gətirib çıxarır. Artıq döyüşlərin sonunda Azərbaycan Silahlı Qüvvələri regionda sözünü demiş güclü ordulardan biri olacaq".


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!