İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 14-12-2020, 12:38
Səfir Vətən müharibəsində şəhid olan Gürcüstan əsilli azərbaycanlıların sayını açıqladı
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan hərbçilərimizin 14-ü Gürcüstan əsillidir.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan videokonfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, Gürcüstan azərbaycanlılarının Vətən sevgisi və fədakarlığının yeni bariz nümunəsidir:

“Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. Səfirlik Gürcüstanda şəhidlərimizin anım mərasimlərinin təşkili, qohumlarının Azərbaycana getməsinə dəstək göstərib. Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları bölgələrindəki məscidlərdə şəhidlərimizin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub”.

F.Quliyev deyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda azadlıq müharibəsinə başladığı ilk günlərdən Gürcüstandakı soydaşlarımız dəstək və həmrəylik nümayiş etdiriblər:

“Gürcüstanda Azərbaycana bir sıra dəstək aksiyaları keçirildi, azərbaycanlıların təmsil olunduqları təşkilatlar Gürcüstanın dövlət qurumları və beynəlxalq təşkilatlara birgə müraciətlər ünvanladılar. Soydaşlarımız həmçinin Azərbaycana humanitar yardımlar göndəriblər və Azərbaycan Ordusuna Yardım Fonduna pul vəsaitləri köçürüblər”.

Qeyd edək ki, diplomatik nümayəndəliyin təşəbbüsü ilə onlayn formatda keçirilən tədbirdə Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə, Gürcüstandakı azərbaycanlı icmasının nümayəndələri, iş adamları, din xadimləri, gənclər və ziyalılar da iştirak edirlər.


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!