Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
Tarix : 24-09-2021, 21:15
"Bu, Rusiya üçün intihara bərabər olardı"

Rusiya sülhməramlılarının vəzifəsi atəşkəsin qorunmasını təmin etməkdir.
Onlar Qarabağa məhz bundan ötrü gəliblər, çünki əks təqdirdə fərqli məqsədlə gəlmək və burada uzun müddət qalmaq niyyətində suçlanacaqlar. Bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
Onun sözlərinə görə, Ermənistan ordusunun və ya qeyri-rəsmi erməni silahlı birləşmələrinin Azərbaycan tərəfini atəşə tutması ilə bağlı bütün məlumatlar diqqətlə yoxlanılmalı və araşdırılmalıdır. Eyni şey ermənilərin bu barədə yaydığı məlumatlarla bağlı da edilməlidir.
- Atəş dayanmasa və nəticədə qurbanlar olsa, deməli, kimlərsə sülhməramlıları yox, ilk növbədə Rusiya Federasiyasının özünü “dişlərinə vurur”, uğurlu orbitr kimi beynəlxalq imicini korlamağa çalışırlar. İkincisi, sülhməramlıları tədricən təcavüzkarın adını açıq və rəsmi olaraq çəkə bilməyən ATƏT-in Minsk Qrupu ilə eyni dalana dirəyirlər. Üçüncüsü, haçansa sülhməramlıların özlərinə də atəş açıla bilər. Burada hamının xoşuna gəlmək alınmayacaq. Zaman keçdikcə vəziyyət daha da pisləşəcək və ABŞ Rusiya hərbi kontingentinin atəşkəsə nail ola bilmədiyi barədə məsələ qaldıracaq. Nəticədə beynəlxalq sülhməramlı missiya haqqında təklif səslənə bilər. Moskva Ağ Evə belə bir "kozır" verməməlidir,- Trofimçuk deyib.
Ermənilərin sülhməramlıların gözləri qarşısında Azərbaycanın mövqelərini atəşə tutduğuna işarə edən rusiyalı politoloq rus sülhməramlılarının buna qəsdən şərait yaratdığını təsəvvür etməyin çətin olduğunu söyləyib: "Bu, Rusiya üçün intihara bərabər olardı, çünki belə vəziyyət birbaşa Qarabağ müharibəsinin uzanmasına gətirib çıxarar. Rusiyaya yaxın ərazidə müharibə onun üçün qorxulu yuxudur. Eyni zamanda, azərbaycanlıların ermənilərdən geri aldıqları ərazilərdə təxribatçıların meydana çıxmasını da istisna etmək olmaz. Mən bu barədə noyabrın 10-dakı üçtərəfli bəyanatdan dərhal sonra danışmışam. Dünya nizamı getdikcə zəifləyir, buna görə də Qarabağ bölgəsinə kimi gəldi, atmaq olar".
Onun sözlərinə görə, Bakının sülhməramlılara qarşı artan təzyiqini Rusiya bütün parametrləri ilə çox aydın görür. Azərbaycandan səslənən ittihamlara görə, ruslar nəzarət etdikləri ərazidə silahlı ermənilərin qalmasına icazə verirlər. "Amma bu hələ ən ağırı deyil. Rusiya seçim etməli olacaq: ya hər iki tərəfdən açılan atəşlərin qarşısını qətiyyətlə almalı, ya da yaxın gələcəkdə özü Qarabağda döyüşə girməlidir”,- Trofimçuk qeyd edib.


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!