Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 22-08-2017, 15:23
Erməni helikopterini məhv edən hərbçimiz ordudan getdi


Erməni helikopterini məhv etməklə məşhurlaşan hərbçimiz ordudan gedib.

Bu barədə Femida.az - a İlkin Muradovun özü məlumat verib. O, Silahlı Qüvvələrdən getməsini müddətinin bitməsi ilə əlaqəli olduğunu bildirib.

“Bundan sonra mülki həyatda Vətənə xidmət edəcəyəm”, - deyən çavuş bu illərdə orduda xidmət etməyindən qürurlandığını da bildirib.


İlkin Muradov iki bacının tək qardaşıdır. Əsgər kimi 2008-2010-cu illərdə xidmət edib. 2014-cü ildə yenidən hərbi xidmətə gəlib. İki ay kurs keçdikdən sonra zenitçi ixtisasına yiyələndikdən sonra çavuş rütbəsində xidmətə başlayıb.
Mahir zenitçi kimi yetişmiş çavuş İlkin Muradov həm kurs keçdiyi müddətdə, həm də sonrakı aylarda çox sevdiyi "İqla" daşınan zenit-raket kompleksindən sərrast atış qaydalarını mükəmməl mənimsəyib.

2014-cü ilin noyabrında düşmənin Mi-24 tipli döyüş helikopterini məhv etdiyinə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İlkin Məmməd oğlu Muradov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb. O, xalq arasında “vur, komandir, vur” ifadəsi ilə məşhurlaşıb. Bu xəbər yerli media ilə yanaşı, Türkiyə mediasında da böyük əks-səda doğurub. Düşmənin Mi-24 tipli döyüş helikopterini vurulması 1995-ci ildən sonra ilk hadisədir.

Ailəlidir. Bir övladı var.


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!