Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
26-06-2022, 12:34
Şoyqu Donbasda müşavirə keçirdi


Şoyqu Donbasda müşavirə keçirdi
Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibədə iştirak edən qoşunlara baxış keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Şoyqu komanda məntəqələrində komandirlərin hazırkı vəziyyət və Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat bölgələrində hərəkətləri barədə məruzələrini dinləyib”, - məlumatda qeyd olunub.
Şoyqu görüş zamanı bəzi hərbçiləri də mükafatlandırıb.
Müdafiə nazirinin olması ilə bağlı rəsmi məlumat verilməsə də, Rusiya mətbuatı onun Donbasa yollandığını yazıb.
21-06-2022, 14:22
Ukraynada döyüş zamanı ABŞ vətəndaşı həlak oldu

Ukraynada döyüş zamanı ABŞ vətəndaşı həlak oldu

Ukraynada ruslarla döyüşlər zamanı ABŞ vətəndaşı Stiven Zabelski həlak olub. Bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Məlumata görə, 52 yaşlı Stiven Zabelski mayın 15-də döyüş zamanı həlak olub:
“Onun ABŞ ordusunun veteranı olduğu və minaya düşərək öldüyü deyilir. Zabelskinin həyat yoldaşı və övladlığa götürdüyü beş uşağı qalıb”.
20-06-2022, 21:04
Brüssel görüşü 5 saat davam etdi

Brüssel görüşü 5 saat davam etdi: İrəliləyiş var

Brüsseldə Finlandiya, İsveç və Türkiyə nümayəndə heyətləri arasında Şimali Atlantika Alyansına üzvlük məsələsi üzrə keçirilən danışıqlarda irəliləyiş var. Bu barədə Finlandiya prezidentinin ofisindən məlumat verilib.
“Müzakirələr təxminən beş saat davam etdi. Bəzi məsələlərdə aydın irəliləyiş var, digərləri üzrə konsensusa çatmaq üçün hələ çox yol var. Əldə olunan razılaşmalarla bağlı müzakirələr aparılacaq. Ümumi məqsəd müzakirəni mümkün qədər tez davam etdirməkdir”, - məlumatda vurğulanıb.
19-06-2022, 21:09

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Ordum.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır
19-06-2022, 18:26
Rusların komanda-kəşfiyyat məntəqəsi məhv edildi

Rusların komanda-kəşfiyyat məntəqəsi məhv edildi
Rusiya 20-ci ordusunun komanda-kəşfiyyat məntəqəsi məhv edilib. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.
“İtkilərlə bağlı dəqiq məlumat yoxdur. Qaydalara görə, belə məntəqələrdə 200-300 adam fəaliyyət göstərir. Onlara polkovnikdən aşağı rütbəli şəxs rəhbərlik etmir”, - Andrusiv bildirib.
19-06-2022, 17:47
İranın qırıcısı qəzaya uğrayıb

İranın qırıcısı qəzaya uğrayıb

İsfahanda İranın qırıcı təyyərəsi qəzaya uğrayıb. Bu barədə İran ordusunun İsfahan əyalətindəki bölməsinin ictimai əlaqələr şöbəsinin müdiri Rəsul Mötəmidi məlumat verib. Onun sözlərinə görə, hadisə iyunun 18-də, yerli vaxtla səhər saat 10:30-da baş verib. Qəzaya uğrayan F-14 tipli qırıcı təyyarədir.
Rəsul Mötəmidi missiya zamanı döyüş təyyarəsinin mühərrikində texniki nasazlıq yarandığını, pilot və ikinci pilotun paraşütlə yerə endiyini deyib.
Mötəmidi paraşütlə yerə enən pilotların yaralandığını və müalicə üçün xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, bundan öncə mayın 24-də İsfahanın Ənarək bölgəsində İran Hava Qüvvələrinə məxsus daha bir F-7 tipli qırıcı qəzaya uğrayıb və onun pilotları mayor Qasım Zamani və leytenant Məhəmmədcavad Bayin ölüb.
Cavidan
19-06-2022, 17:23

BMT-dən xəbərdarlıq
BMT-dən xəbərdarlıq

Onlarla ölkədə etirazlar, qeyri-sabitlik və aclıq başlaya bilər. Bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Besli deyib. O bildirib ki, buna səbəb bütün dünyada ərzağın sürətlə bahalaşmasıdır. Ədis-Əbəbədə çıxışında Besli qeyd edib ki, dünya qorxuducu qıtlıqla üzləşib. O, xüsusilə Rusiya və Ukrayna taxılından asılı olan ölkələrdə vəziyyətin pisləşəcəyindən narahatlığını ifadə edib:
“Hələ Ukrayna krizisindən öncə biz COVİD-19 pandemiyası və yanacağın qiymətinin qalxması ilə üz-üzə qaldıq. O zaman düşünürdük ki, bundan pis ola bilməz. Ancaq Ukraynada başlayan müharibə daha pisi olduğunu üzə çıxardı “.
Quardian”ın məlumatına görə, Ukrayna hər il 400 milyon insanı təmin edən ərzaq məhsulları ixrac edir. Ukrayna dünyadakı günəbaxan yağı istehlakının 42%-ni, qarğıdalının 16%-ni, buğdanın 9%-ni verir.
Beslinin sözlərinə görə, koronavirus, iqlim dəyişikliyi və Ukrayna müharibəsi səbəbindən dünyada aclıq çəkən insanların sayı 650 milyondan 810 milyona qalxıb.

9-05-2022, 17:21
Bu, AB üçün bir xəbərdarlıqdır – Ərdoğan


Bu, AB üçün bir xəbərdarlıqdır – Ərdoğan
Avropa Birliyinin (AB) Ukrayna müharibəsi ilə bağlı özünə yeni hekayə yazmasının vaxtı çatıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Avropanın ortasında, bütün dünyanın gözü qarşısında baş verən bu faciə (Ukraynadakı müharibə - red.) AB üçün bir xəbərdarlıqdır. Avropaya inteqrasiyanın əsaslarının qoyulduğu dövrdə olduğu kimi, indi də həmrəyliyə, əməkdaşlığa, ən əsası, uzaqgörən və cəsarətli perspektivə ehtiyac var”, - Ərdoğan bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!