İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı .....                        Rusiyadan Ermənistana XƏBƏRDARLIQ .....                        Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Arxiyepiskop İstintaq Komitəsinə getdi .....                        Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var .....                        10-cu sinif şagirdi kanalda batdı .....                       
7-11-2022, 15:41
Hərbçilərimiz üçün məşğələlər keçirilir


Hərbçilərimiz üçün məşğələlər keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi qulluqçularla hərbi vətənpərvərlik, liderlik və idarəetmənin əsasları mövzularında məşğələlər keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, plana uyğun olaraq şəxsi heyətin mənəvi-psixoloji dayanıqlığı və hərbi intizamının möhkəmləndirilməsində komandir-rəis heyətinin üzərinə düşən vəzifələrdən, həmçinin xidmət zamanı informasiya təhlükəsizliyinin təmin olunması, beynəlxalq hüquq norma və prinsipləri barədə maarifləndirici söhbətlər aparılıb. Məşğələlərdə Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilib.
5-11-2022, 18:26
Xüsusi təyinatlılarımız İranla sərhəddə


Xüsusi təyinatlılarımız İranla sərhəddə

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin növbəti mərhələsi icra edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin növbəti mərhələsində xüsusi təyinatlılar ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetiriblər. Ssenariyə əsasən şərti düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən canlı qüvvə zərərsizləşdirilib. Təlimdə həmçinin döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr mobil qruplar şəklində dəf edilərək şərti hədəflərə qəfil atəş basqını icra edilib. Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

5-11-2022, 18:11
Komando kursunun növbəti buraxılışı


Komando kursunun növbəti buraxılışı

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb. Kurs birincisi əsgər Adəm Həsənov yaş kötüyünə rəmzi emblem vurub. Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.



3-11-2022, 17:27
Zakir Həsənov generallarla İran sərhədində


Zakir Həsənov generallarla İran sərhədində

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Noyabrın 3-də müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib. Məruzə olunub ki, xüsusi təyinatlıların döyüş hazırlığının yoxlanması və daha da yüksəldilməsi məqsədilə keçirilən təlimdə hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları peşəkarlıqla yerinə yetirir. Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələrinin dəstəyi ilə icra olunan xüsusi əməliyyatlarda qoşun növləri arasında qarşılıqlı əlaqə yüksək səviyyədə təşkil edilir. Sonra təlimin növbəti mərhələsinə uyğun olaraq tapşırıqların icrası nümayiş etdirilib. Plana əsasən xüsusi təyinatlılar real döyüş şəraitində həqiqi döyüş sursatlarından istifadə olunmaqla açılan atəş altında irəliləyərək müdafiə olunan şərti düşmənə yaxınlaşıb, onun canlı qüvvəsini və atəş vasitələrini zərərsizləşdirərək dərinliyə doğru irəliləyiblər. Təlimdə həmçinin yaşayış məntəqəsində döyüşün aparılması, şərti düşmənin dərinliyinə desant endirilməsi və pusqunun icrası, eləcə də hava yolu ilə qruplara təminatın çatdırılması üzrə fəaliyyətlər də icra olunub. Təlimin gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb və şəxsi heyət qarşısında çıxış edib. Müdafiə naziri çıxışında xüsusi təyinatlıların Vətən müharibəsində, eləcə də son qarşıdurmalarda göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Onların təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda qazanılan döyüş təcrübəsinin öyrənilməsi və müasir üsullarla keçirilən təlim-məşq prosesində tətbiq edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.











3-11-2022, 13:44
XTQ-nin İranla sərhəddə keçirdiyi təlimlərdən görüntülər


XTQ-nin İranla sərhəddə keçirdiyi təlimlərdən görüntülər

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib. Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib. Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır. Xüsusi təyinatlıların təlimi davam edir.




[media=https://youtu.be/1qaeX72D140]
29-10-2022, 13:55
Azərbaycan Ordusu qış rejiminə keçdi


Azərbaycan Ordusu qış rejiminə keçdi

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Yüksək dağlıq və sərt iqlim şəraitində dislokasiya olunan bölmələrimizə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb. Döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılıb. Azərbaycan Ordusunun bütün bölmələrində silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi tam təmin edilib.

[media=https://youtu.be/Y-7b56luGLs]
29-10-2022, 06:53
Rusiya Ermənistanda təlim keçirdi

Rusiya Ermənistanda təlim keçirdi

Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi bazasının Mi-8 və Ka-52 helikopterlərinin pilotları Ermənistanda dağlarda, o cümlədən aşağı hündürlükdə uçuşlar həyata keçiriblər. Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin məlumatında deyilir.
“Mi-8 və Ka-52 ekipaj heyəti Ermənistanda yüksək dağlıq ərazilərdə uçuş icra ediblər. Ekipaj heyətləri müxtəlif hündürlüklərdə dağ keçidləri ərazisində manevr texnikası, o cümlədən gündüz və gecə mürəkkəb elementlər hazırlayaraq təlim uçuşları həyata keçiriblər”, -
Bildirilir ki, helikopterlərin ekipajları dağlıq ərazilərdə şərti yaralıların təxliyəsi rejimində axtarış-xilasetmə işlərini həyata keçirib.
Təlimlərə 120-dən çox hərbçi, 20 texnika cəlb olunub.
29-10-2022, 06:24
"Vaqner"in qərargah rəisinin müavini öldürüldü

"Vaqner"in qərargah rəisinin müavini öldürüldü

Ukraynanın "Xortiça" əməliyyat-strateji qoşun qruplaşması Rusiyanın "Vaqner" muzdlularının qərargah rəisinin müavinini öldürüb.
Bu barədə “Xortiça”nın Feysbuk hesabında bildirilib.
“Döyüş tapşırığını yerinə yetirərkən xüsusi bölməmiz məşhur "Vaqner"in bir qrup silahlısı ilə qarşılaşıb. 200 vaqnerçi məhv edilib. Onlar arasında qərargah rəisinin müavini də olub”, - məlumatda qeyd olunub.
24-10-2022, 16:42
Türkiyə Azərbaycana sürücüsüz zirehli maşın satacaq


Türkiyə Azərbaycana sürücüsüz zirehli maşın satacaq

Türkiyə Azərbaycana “Barkan” markalı sürücüsüz zirehli maşın sata bilər. Bu barədə istehsalçı şirkət olan HAVELSAN-ın rəhbəri Hacı Əli Mantar bildirib. “Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalanıb. Müzakirələrimiz davam edir”, - şirkət rəhbəri deyib. Onun sözlərinə görə, hazırda “Barkan”dan ancaq Türkiyədə istifadə olunur.
22-10-2022, 16:40
Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb


Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb

Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək. Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!