Azərbaycan finala keçə bilmədi .....                        Azərbaycan "Avroviziya - 2025"də sazla çıxış etdi - VİDEO .....                        Bakı-Ağstafa qatarının qarşısına heyvan sürüsü çıxdı .....                        Mayın 15-də İstanbulda ukraynalıları gözləyəcəyik .....                        Azərbaycan atları Britaniyada - “Land of Fire” geri döndü .....                        Azərbaycanda nazir koronavirusa yoluxdu .....                        İşdən çıxarılan məktəb direktorları təhsildən tamamilə uzaqlaşdırılır? .....                        Vəzifəli şəxs nalayiq hərəkətlərə görə işdən azad edildi .....                        Döyülərək öldürülən Elgünün atası danışdı .....                       
18-01-2022, 10:55
Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

Bütöv.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
17-01-2022, 16:27
Bölük komandirlərinin toplantısı keçirilib - FOTO - VİDEO

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.





Bütöv.az
17-01-2022, 11:10
Müdafiə Nazirliyindən hərbçimizin həlak olması ilə bağlı AÇIQLAMA - VİDEO

Müdafiə Nazirliyi Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı açıqlama yayıb.

Nazirliyin açıqlamasında deyilir:

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”.




Bütöv.az
14-01-2022, 12:22
“Sülhməramlı”ların Xankəndində Saxarov adına məktəbdə Rusiya mədəniyyəti dərsi…-VİDEO

"Bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır..."

“Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin hərbçiləri məktəblilərin vətənpərvərlik tərbiyəsi çərçivəsində Dağlıq Qarabağda Saxarov adına ümumtəhsil məktəbində “Sülh” adlı interaktiv dərs keçirib”.

Moderator.az xəbər verir ki, bu məlumat bu gün –yanvarın 14-də Bakı vaxtı ilə səhər saat 06:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.

“Rusiya sülhməramlı kontingenti ictimaiyyətlə işləməkdə davam edir. Bu gün Stepanakert şəhərindəki məktəblərdən birində “Sülh” dərsi keçirilib. Dərsdə uşaqlara Rusiya mədəniyyəti və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin işi haqqında məlumat verilib”, - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Denis Fartunov bildirib.

“İnteraktiv dərsdə 50-dən çox orta məktəb şagirdi iştirak edib. Rusiya sülhməramlıları Rusiyada və dünyanın müxtəlif ölkələrində sülhməramlı qüvvələrin yaradılması və fəaliyyətinin tarixinə qısa ekskursiya edib, həmçinin çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında danışıblar”- xəbərdə belə deyilir.

“Sülh” dərsindən sonra Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə məktəblilərə dəftərxana ləvazimatı dəstləri və şirin hədiyyələr təqdim ediblər.

Zəruri şərh:

Rusiya MN-in yaydığı bu xəbərin üzərindən adi bir məlumat kimi oxuyub keçmək olmaz.
Əvvəla, Azərbaycan ərazisində yaşayan ermənilərin təhsilinə, tədrisinə, mədəniyyətinə, sosial durumuna və s. müdaxilə etmək Rusiya “sülhməramlı”larının missiyasına aid deyil.

İkinci də, yaxşı “Sülh” dərsi keçirsiniz, keçin. Amma niyə məhz 1988-ci ildən bəri özü də, arvadı, erməni mənşəli Yelena Borner də açıq ermənipərəstliyi ilə seçilən Andrey Saxarov adına məktəbdə keçirilir?

Yeri gəlmişkən, video-görüntüdə diqqət edin ki, həmin məktəbin girişindəki adı öncə yuxarıdan rus dilində, sonra aşağıdan ingiliscə yazılıb, ermənicə yazı yoxdur. Sanki bura Rusiya torpağıdır...

Üçüncüsü, erməni məktəblilərin gerçək vətəni Rusiyadır ki, onlara “vətənpərvərlik” tərbiyəsi çərçivəsində “çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında” danışırsınız? Məgər dislokasiya olunduğunuz torpaq Azərbaycan Respublikasının ərazisi deyil və orada yaşayan erməni məktəblilər ilk növbədə Azərbaycan mədəniyyətini, tarixini bilməli deyillər? Bəs Azərbaycandan niyə danışmırsız? Məgər Ali Baş Komandınınız, Rusiya prezidenti V.Putin dəfələrlə vurğulamayıb ki, “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan torpağıdır”?..

Əslində bizim də dəfələrlə dediyimiz kimi, “sülhməramlı”ların davranışlarına impuls verən amil elə məhz Putinin bu mesajında guzlənir. Yəni Putin birbaşa demir ki, Qarabağ Azərbaycan torpağıdır. Bunun “beynəlxalq hüquq baxınından” belə olduğunu vurğulayır. Yəni məntiqlə belə çıxır ki, bu torpaq tarixi və ya mövcud reallıqlar baxımından Azərbaycanın olmaya da bilər. Rusiya lideri bir növ ermənilərə üstüörtülü ümid verir ki, “bu torpaqlar tarixi baxımından sizindir, özünüzü yaxşı aparın, biz də şərait yaradaq, mübarizə aparın, yenidən qaytarın Qarabağı”…

Amma cənab Putin digər yandan da yenə dəfələrlə vurğulayır ki, “Bütün keçmiş sovet respublikalarının ərazisi tarixi Rusiyanın torpaqlarıdır”. Məhz ona görə Rusiya hərbi kontingenti Xocalı ərazisində rus kilsəsi tikir. Tanınmış 10 rus məşhura abidə qoydurur və ermənilərə Rusiya mədəniyyəti mövzusunda vətənpərvərlik dərsi keçirlər… Yəni bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır...



Bütöv.az
13-01-2022, 11:23
Zakir Həsənovdan hərbi təhsillə bağlı TAPŞIRIQLAR - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra hərbi məktəbin klubunda məktəbin zabit və kursantları, həmçinin professor, müəllim heyəti ilə görüş keçirilib.

Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Müdafiə naziri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini şəxsi heyətin diqqətinə çatdırıb. Müharibə zamanı qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin vacib rol oynadığı xüsusi vurğulanıb.

Yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edən nazir Vətən müharibəsində hərbi məktəbin yetirmələrinin qəhrəmanlıq və şücaətlərini yüksək qiymətləndirdiyini qeyd edib.
Müdafiə naziri Azərbaycan Ordusunda yeni texnologiyalardan istifadə olunmaqla aparılan kadr islahatlarının Ordumuzun daha da güclənməsində mühüm rol oynadığını bildirib.

Ali Hərbi Məktəbdə hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib.

Sonra general-polkovnik Z.Həsənov kursantların qayğıları ilə maraqlanıb, onlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda müdafiə naziri hərbi təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib.



Bütöv.az
12-01-2022, 17:26
“Caliber”: “Basarkeçərdə erməni təxribatı və Azərbaycan ordusunun cəza tədbirləri” - VİDEO

“Caliber” layihəsinin növbəti süjeti yayımlanıb.

Layihənin “Youtube” kanalında yayımlanan videomaterialda ermənilərin Basarkeçər istiqamətində törətdikləri son təxribatdan bəhs olunur.

Bildirilir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu cür təxribata əl atmaqla məsələyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə cəhd göstərir.

Həmçinin “Caliber”in təhlilində ermənilərin törətdiyi son təxribatla bağlı maraqlı detallara toxunulub, erməni tərəfinin itkiləri ilə bağlı daha dəqiq məlumatlara yer verilib.

Ətraflı videoda:



Bütöv.az
11-01-2022, 18:26
Kəlbəcərdə şəhid olan Ayazın FOTOSU

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində şəhid olan hərbi qulluqçu Ayaz Nəzərovun ailəsində 7 il əvvəl daha bir faciə yaşanıbmış.

“Qafqazinfo”nun məlumatına görə, A. Nəzərovun bacısı, 1997-ci il təvəllüdlü Aytən Nəzərova 2015-ci ildə toyundan bir neçə gün sonra özünü dəmiryolu körpüsündən ataraq intihar edib. Belə ki, şəhidin bacısı əvvəlcə ailə qurmaq məqsədilə qaçırılıb. Toydan sonra yoxa çıxan Nəzərova isə ailədaxili münaqişə səbəbindən özünü körpüdən ataraq həyatına son qoyub.

Qeyd edək ki, şəhidin bir bacısı olub. Şəhidin valideynləri isə illər əvvəl ayrılıb. Onlar Tovuzun Bozalqanlı kəndində yaşayıb.

Faktı Bozalqanlı kəndinin bələdiyyə sədri Zahid Tanrıverdiyev də saytımıza təsdiqləyib.

Bütöv.az
11-01-2022, 10:39
Azərbaycan ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib - VİDEO

Döyüş hazırlığı planına əsasən, Azərbaycan ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.



Bütöv.az
10-01-2022, 11:43
Azərbaycanda komandoların təlim-məşqlərindən görüntülər - VİDEO

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində 2022-ci tədris ilinin ilk təlim-məşqləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana uyğun olaraq kəşfiyyat məlumatı əsasında şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyən edilib. Şəxsi heyət mümkün təxribatların qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində irəliləyib.

Komandolar tərəfindən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi və tapşırıqların icrası zamanı saxlanılan şəxslərlə bağlı beynəlxalq humanitar hüquq norma və prinsipləri çərçivəsində tədbirlərin görülməsi üzrə fəaliyyətlər icra olunub.

Şəxsi heyətin çətin iqlim şəraitində və kəskin relyefli ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, həmçinin komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.



Bütöv.az
6-01-2022, 21:53
Əlahiddə Ümumqoşun Ordu şərti düşmənin texnikalarını məhv etdi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Təlimdə təxribata hazırlaşan şərti düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

Bütöv.az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimin ssenarisinə əsasən xüsusi təyinatlı qruplara strateji obyektlərimizi və hava məkanımızı hədəf alan şərti düşmənin hava hücumundan müdafiə sisteminin məhv edilməsi tapşırığı verilib.

Tapşırığı almış xüsusi təyinatlı qruplar terrorçuların məskən saldığı yaşayış məntəqəsinə həmlə ediblər.

Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin şəxsi heyətlə dolu hərbi texnikaları pusquya salınaraq sıradan çıxarılıb.

Real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın məsafəli döyüş elementləri yerinə yetirilib.

Şərti düşmənin hava hücumundan müdafiə sisteminin idarəetmə məntəqəsini və döyüş heyətlərini zərərsizləşdirən xüsusi təyinatlılarımız terror qruplaşmasının zenit-raket kompleksini partlayış üsulu ilə məhv ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin terrorla mübarizə vərdişləri yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!