Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 25-09-2019, 14:01
Kikboksçumuz erməni ilə döyüşəcək
Məşhur Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə növbəti döyüşünü oktyabrın 12-da Almaniyanın Düsseldorf şəhərində keçirəcək.
95 kiloluq çəki dərəcəsində dünyaca məşhur olan Glory kikboksinq turniri üzrə yarışan kikboksçumuzun rəqibi litvalı döyüşçü Sergey Masloboyevdir.
Butov.az xəbər verir ki, bu barədə Köln Publika.az-a Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal məlumat verib. Hazırda Kölndə Ufuk Kamalın dəstəyi ilə məşqlərini davam etdirən Bəhram Rəcəbzadə əslən Güney Azərbaycanın Urmiyə şəhərindəndir. Ufuk Kamal bildirib ki, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) rəhbəri, millət vəkili Adil Əliyev və AKF-nin vitse prezidenti Güloğlan Cabbarov döyüşü izləmək və idmançımızı dəstəkləmək üçün Almaniyaya gedəcək.
Ufuk Kamalın sözlərinə görə, uğurları ilə fərqlənən Bəhram Rəcəbzadə həm də millətçiliyi ilə seçilir: “O həmişə Türkiyə və Azərbaycan bayraqlarını birlikdə başı üzərinə qaldırır. Bu da Türkiyə və Azərbaycanın dünyada təbliğatı baxımından effektiv addımdır. Hesab edirəm ki, Bəhrama ciddi dəstək verməliyik”.
Ufuk Kamal bildirib ki, 4500 nəfərlik zalda baş tutacaq döyüşdə soydaşlarımızın daha çox olması və Bəhramı dəstəkləməsi vacibdir: “Ona görə də, burada yaşayan soydaşlarımızdan xahiş edirəm ki, döyüşün keçiriləcəyi məkana gəlsinlər və Bəhrama dəstək versinlər”.
Ufuk Kamal onu da əlavə edib ki, Bəhram Rəcəbzadənin döyüşəcəyi gündə, eyni məkanda erməni Marat Qriqoriyan da döyüşəcək: “Görürük ki, erməni boksçuya ermənilər və erməni diasporu tərəfindən ciddi dəstək var. Ona görə bizim də fəal olmağımız zəruridir. Çalışmalıyıq ki, 4500 nəfərlik zalda daha çox ermənilər yox, biz olaq”.
Xatırladaq ki, Bəhram Rəcəbzadə Bakıda “Orion” İdman Klubunun və Kiqboksinq üzrə Azərbaycan Milli Komandasının üzvüdür. Kiqboksinqin WAKO versiyası üzrə dünya çempionudur.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!