Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 20-12-2019, 09:26
Formula 1 Azərbaycan Qran Prisi 2020 üçün marşalların qəbuluna başlanıb
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 5-7 iyun 2020-ci il tarixlərində Bakıda növbəti dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisininin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, növbəti yarışın Marşal Proqramına 100-ü xarici olmaqla ümumilikdə 1300-ə yaxın marşalın cəlb olunması nəzərdə tutulur. Proqramda yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs iştirak edə bilər. Qoşulmaq istəyənlər bu keçidə daxil olaraq əlaqədar formanı doldurub təsdiq etməlidirlər.
BŞH-nin İdman Əməliyyatları şöbəsinin və BMK-nin rəhbəri Çingiz Mehdiyev marşallıq fəaliyyətində indiyədək böyük uğur qazandıqlarını bildirib:
“İlk dəfə fəaliyyətimizə 2016-cı ildə 100 nəfərlik yerli marşal heyəti ilə başlamışıq və artıq klubumuzun üzvlərinin sayı 1800-ə çatıb. Bu, çox qürurverici haldır.
Bu günədək Marşal proqramları çərçivəsində təşkil etdiyimiz intensiv təlimlər nəticəsində yüksək peşəkarlığa nail olan yerli marşallarımız hər il həm Bakıda baş tutan, həm də dünyanın dörd bir yanında keçirilən bir sıra Formula 1 Qran Pri yarışında iştirak edərək avtoidman dünyasına xüsusi qatqı göstəriblər.
Nəticədə bir vaxtlar bizim üçün əlçatmaz görünən zirvələrə proqram iştirakçılarımızın həvəs və əzmkarlığı sayəsində artıq çıxa bilmişik. Bu il daha böyük uğurlara imza atacağımıza inanırıq və fürsətdən istifadə edərək marşal adını qazananların hər birini şəxsən təbrik edir, maraqlı olan hər kəsi bu proqrama gecikmədən qoşulmağa dəvət edirəm”.
Proqrama cəlb olunmuş marşallar Formula 1 Azərbaycan Qran Prisi 2020-nin əvəzolunmaz bir hissəsi olmaq, eyni zamanda yarış həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar. Həmçinin Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) marşallıq fəaliyyətinə dair beynəlxalq lisenziyası təqdim olunacaq. Marşal Proqramı haqqında ətraflı məlumatı klubun rəsmi vebsaytı və Facebook səhifəsindən əldə edə bilərsiniz.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!