Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 21-06-2021, 16:51
Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib
Türkiyə Futbol Federasiyası (TFF) qardaş ölkənin milli komandasının “Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirdiyi iki oyunda yerli azarkeşlərin futbolçulara fəal dəstəyinə görə xalqımıza minnətdarlıq edib.

Butov.az Trend-ə istinadən xəbər verir ki, TFF-in rəsmi saytında yerləşdirilmiş müraciətdə qeyd olunub: “Dost və qardaş Azərbaycan “Avro-2020” zamanı və Bakıda oynadığımız iki matçda tribunaları “qırmızı-ağ” rənglərlə dolduraraq mükəmməl qardaşlıq ruhu göstərdi. Yığmamıza, federasiyamıza və bütün Türk xalqına böyük dəstək verən, bizi yüksək qonaqpərvərliklə qarşılayan Azərbaycan “Bir millət, iki dövlət” olduğumuzu bizlərə bir daha xatırlatdı”.

Yazıda, həmçinin vurğulanıb: Uels ilə oyunda Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə matçı izləyən Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbəri Rövnəq Abdullayevə və aidiyyəti qurumlara bu nümunəvi ev sahibliyinə görə təşəkkür edirik.

Azərbaycan-Türkiyə birliyi və bərabərliyinin bundan sonra da davam edəcəyini bir daha dünyaya göstərən Azərbaycan xalqına yığmamızın yanında olduqları üçün təşəkkürümüzü bildiririk. Azərbaycan-Türkiyə birliyinin əbədi davam edəcəyini bir daha bütün dünyaya göstərən Azərbaycan xalqına futbol üzrə milli komandamızın yanında olduğuna görə təşəkkür edirik”.

Qeyd edək ki, Türkiyə millisi “Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda Uelsə 0:2, İsveçrə seçməsinə isə 1:3 hesabı ilə uduzub.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!