Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
Tarix : 6-09-2021, 21:12
Fernando Santuş: Azərbaycan yaxşı təşkil olunmuş komandadır


Azərbaycan yaxşı təşkil olunmuş komandadır. Rəqibin güclü baş məşqçisinin olduğunu bilirik. Canni De Byazi Albaniyanı "Avro-2016"nın final mərhələsinə yüksəltmiş mütəxəssisdir. O, heç vaxt bir topdan artıq fərqlə uduzmayıb. Ümid edirəm ki, sabah fərqli olacaq.

Bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş sentyabrın 6-da təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi deyib: "Rəqibimiz Serbiya və İrlandiya ilə matçlarda da bacarıqlı komanda olduğunu göstərdi. Çalışacağıq Azərbaycana qarşı yaxşı təşkilatlanmış komanda kimi oynayaq. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək oyunçularında. Azərbaycan xüsusən də, müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayırlar, bəzən isə əksinə. Azərbaycan bütün variantlarda oynamağa hazır komandadır. Sabahkı oyunda uduzmaq barədə düşünmürəm”.

Portuqaliyalı futbolçu Ruben Diaş bildirib ki, sabahkı oyuna final oyunu kimi yanaşmalıyıq. Azərbaycanın İrlandiyaya qarşı oyununu izləmişik. Son oyunda yaxşı çıxış etdi. Buna rəğmən bizim üçün əsas məsələ oyuna köklənmək olacaq. Məqsədimiz yalnız qələbədir. Komanda olaraq daha diqqətli olmalıyıq. Azərbaycan təhlükəli komandadır. Belə rəqib bizim daim sayıq olmağa vadar edir.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.


Paylaş



Bölmə: İdman / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!