Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb .....                        Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır" .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Fidan Azərbaycan-ABŞ əlaqələrindən danışdı .....                        Pezeşkianla dövlət televiziyası arasında gərginlik: canlı yayım kəsildi .....                        İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb .....                        Bakıda nazirin başına iş gəldi - 60 min dollarlıq QALMAQAL .....                        Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar .....                       
Tarix : 21-09-2021, 08:13
Karate-do üzrə “Dəmir yumruq”  turniri keçiriləcək


Sentyabrın 25-də Bakı İdman Sarayında uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” ikinci açıq respublika turniri start götürəcək.
Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə bildirib ki, turnir Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Məktəb İdmanları Federasiyasının dəstəyi və BKA-nın təşkilatçılığı ilə baş tutacaq. V.Abdullazadə qeyd edib ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə əməl edilməklə təşkil olunacaq. O, BKA-nın respublikamızın bir çox bölgələrində Zəfər Gününə həsr edilən “Dəmir yumruq” adlı çempionat və turnirlər təşkil etdiyini, belə yarışların keçirilməsində əsas məqsədin uşaq və yeniyetmələrin yarış təcrübələrini zənginləşdirməklə yanaşı, gənclərimizin sağlam və vətənpərvər ruhda yetişdirmək olduğunu bildirib: “44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə Vətən müharibəsinin və Qələbəmizin rəmzi kimi bütün dünyaya səs salan “dəmir yumruq” əməliyyatı idman sahəsində də qələbənin simvoluna çevrilib. Gənclərimizə və gələcək nəsillərə bu tarixi Qələbəmizi bir daha aşılamaq və hafizələrinə ömürlük həkk etmək üçün Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” adlı çempionat və turnirlərin təşkili bundan sonra da davam etdiriləcək. Turnirlərin qalibləri “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif ediləcəklər”.
Turnir sentyabrın 26-da başa çatacaq.


Paylaş



Bölmə: İdman / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!