İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 20-10-2015, 17:48
“Dostluq turniri” nin açılış mərasimi olub


Butov.az-a verilən məlumata görə, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 01.09.2015-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində 19 oktyabr 2015-ci il saat 11:00 tarixində mini-futbol üzrə ənənəvi “Dostluq turniri” nin açılış mərasimi həyata keçirilmişdir. Mərasimdə ‘‘Təhsil” Respublika İdman Mərkəzinin əməkdaşları, Xəzər rayonu Gənclər idman idarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon idman məktəbinin direktoru Mərdan Quliyev, yarış iştirakçıları, iştirakçı məktəblərin idman müəllimləri, layihə rəhbəri, layihənin sosial işçisi və eksperti iştirak etmişdir. Açılışın əvvəlində dövlət himninin səslənməsindən sonra yarışlara start verilmişdir. “Dostluq turniri”nin ilk 3 günündə “A” və “B” qrupları üzrə hər gün 8 komanda olmaqla 4 oyun keçirilir. Yarışlarda Bakı şəhər 130, 183, 230, 237 nömrəli orta ümumtəhsil və 1, 2, 11 və 12 nömrəli internat məktəblərinin 7-10-cu sinfində oxuyan oğlanlardan ibarət komandalar iştirak edir. Yarımfinal və final oyunlarının keçirilməsi növbəti həftənin əvvəlində planlaşdırılır.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!