Güləş üzrə milli komandalarımız 2022-ci ilin ilk günlərindən məşqləri bərpa edib.
Bütöv.az xəbər verir ki, sərbəst güləş üzrə yığmamız yanvarın 15-dək Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesinin əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu üzdən məşqçilər korpusu əsasən fitnes çalışmalarına üstünlük verir. Həftənin 4 günü iki məşq baş tutursa, çərşənbə və şənbə günləri 1 məşq keçirilir. Həmin günlər keçirilən məşqlər açıq havada (əsasən stadionda) reallaşır. Toplanış baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edir.
Digər iki millimiz isə bir neçə gündən sonra ölkə xaricinə yollanacaq. Yunan-Roma güləşi üzrə yığmamız yanvarın 10-dan 27-dək Gürcüstan millisi ilə birgə Tbilisidə təlim-məşq toplanışı keçəcək.
Qadınlarımız isə yanvarın 12-dən 25-dək Rusiya yığması ilə birgə Krasnoyarskda qarşıdakı yarışlara hazırlaşacaq. Komandamız toplanış başa çatdıqdan sonra 2022-ci ildə ilk turnirində iştirak edəcək. Belə ki, təmsilçilərimiz yanvarın 26-dan 30-dək Krasnoyarskda keçiriləcək İvan Yarıqin Qran Prisində mübarizə aparacaq.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!