Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
Tarix : 29-04-2022, 15:42
AFFA-nın 30 illik yubileyi münasibətilə turnir keçirilib
AFFA-nın 30 illik yubileyi münasibətilə bu gün Bakı Olimpiya Stadionunda futbol festivalı təşkil olunub.

Festivalda AFFA, Klublar, Veteranlar, Hakimlər, Sponsorlar, Azarkeşlər, Media və Könüllülərdən ibarət 8 komandanın iştirakı ilə futbol turniri keçirilib.

Üçüncü yer uğrunda oyunda Media və Sponsorlar komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Media komandası turniri 3-cü pillədə başa vurub. Finalda isə AFFA və Veteranlar komandası üz-üzə gəlib. AFFA rəhbərliyinin, futbol ictimaiyyətinin nümayəndələrinin, İcraiyyə Komitəsinin üzvlərinin də izlədiyi həlledici qarşılaşma 4:3 hesabı ilə Veteranlar komandasının xeyrinə başa çatıb.

Final oyunundan sonra qalib komandaların mükafatlandırma mərasimi təşkil olunub. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, baş katib Sərxan Hacıyev və AFFA-nın sabiq baş katibləri Çingiz İsmayılovla Fuad Əsədov iştirak edib. Əvvəlcə turniri 3-cü pillədə başa vuran Media komandası mükafatlandırılıb. Media komandasının kapitanına medalı futbol veteranı, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov təqdim edib. Turniri ikinci sırada tamamlayan AFFA komandasının kapitanına isə medalı AFFA-nın digər sabiq baş katibi Fuad Əsədov verib. 30 illik yubiley münasibətilə təşkil olunan futbol turnirinin qalibi olan Veteranlar komandasının kapitanı Yunis Hüseynova kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!