Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-08-2022, 10:07
İdmançılarımız İslamiadada mübarizəyə başlayır

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, avqustun 9-da Azərbaycan təmsilçiləri 6 idman növündə güclərini sınayacaqlar.

Atletika yarışlarında 4 idmançımız mübarizəyə başlayacaq. Nazim Babayev, Aleksis Kopello üçtəkanla tullanma, Yekaterina Sariyeva və Yelena Pextireva uzunluğa tullanma üzrə final yarışlarında çıxış edəcəklər.

Taekvondo yarışlarında isə Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq), Səyyad Dadaşov və Qaşim Maqomedov (58 kq) dayanq üzərinə çıxacaqlar.

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində Əfqanıstan seçməsi ilə üz-üzə gələcək.

Kişi voleybolçulardan ibarət millimiz isə A qrupunun oyunları çərçivəsində Sudan millisini sınağa çəkəcək. Stolüstü tennis üzrə millimiz komanda yarışlarında Banqladeş, İran və Mavritaniya yığmaları ilə qarşılaşacaq.

Paraüzgüçülük yarışlarında isə Könül Süleymanova 50 metr məsafayə sətbəst və 100 metr məsafəyə brass üsulla üzgüçülükdə çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan millisinin hesabında 1 qızıl medal var. Atletimiz Anna Skidan çəkicatma yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir. Oyunların açılış mərasimi avqustun 9-da Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq. Möhtəşəm açılış mərasimi üç saat davam edəcək. Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar.

Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayırlar.

Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!