İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                        Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq .....                        Bakıda soyuq havada küçədə qalanlara necə dəstək göstərilir? .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - Prezident .....                        Prokurorluq qardaşı uşaqlarını baltalayan əminin ölümünü araşdırır .....                       
Tarix : 4-06-2023, 21:20
Bişkekdə keçirilən yarışda güləşçilərimiz 4 medal qazandı


Bişkekdə keçirilən yarışda güləşçilərimiz 4 medal qazandı

Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq seriyasının üçüncü mərhələsi başa çatıb. Yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb. Onlardan dördü mükafatçılar sırasında yer alıb. Turnirdə 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Cəbrayıl Qadjiyev təsnifat mərhələsində misirli Amr Hussen (3:2), səkkizdəbir finalda isə Bəhreyni təmsil edən Maqomedrasul Asluevlə (5:4) gərgin keçən qarşılaşmalarda sevinən tərəf olub. Yığmamızın üzvü daha sonra gürcüstanlı Otari Baqauridən (4:1) güclü olmaqla adını yarımfinala yazdırıb. Tacikistanlı Maqomet Yevloyevlə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən, (3:3) qələbə qazanan güləşçimiz finala adlayıb. Bu çəki dərəcəsində mübarizə aparan digər güləşçilərimiz mübarizəyə səkkizdəbir finaldan başlayıb. Turan Bayramov çinli Fenq Lu (7:0), Xadjimurad Qadjiyev isə qazaxıstanlı Darxan Yessengali (10:0) üzərində böyük hesablı qələbə əldə ediblər. T.Bayramov dörddəbir finalda türk Olimpiya və ikiqat dünya üçüncüsü, üçqat Avropa çempionu Soner Demirtaşı 10:5 hesabıyla, X.Qadjiyev isə monqolustanlı Suldxuu Olonbayarı tam üstünlüklə məğlub edərək yarımfinala yüksəliblər. Finalın bir addımlığında yığmamızın üzvləri üz-üzə gəliblər. Komanda yoldaşına 7:4 hesabı ilə qalib gələn T.Bayramov finalda iştirak hüququ qazanıb. Xadjimurad Qadjiyev bürünc medal uğrunda Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibini 12:7 hesabı ilə məğub edərək üçüncü yeri tutub. Finalda isə Turan Bayramov və Cəbrayıl Qadjiyev güləşiblər. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılan T.Bayramov qızıl, C.Qadjiyev isə gümüş medal qazanıblar. Millimizin üzvü Abubakr Abakarov (86 kq) ilk görüşdə monqolustanlı Bat Byambasuren üzərində inamlı qələbə qazanıb – 7:0. A.Abakarov dörddəbir finalda qırğızıstanlı Nurtilek Karipbayevi 5:0 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Güləşçimiz qazaxıstanlı Azamat Dauletboku da (3:2) məyus edərək finala yüksəlib. Ancaq A.Abakarov zədələndiyi üçün Bəhreyni təmsil edən Maqomed Şaripovla həlledici görüşə çıxmayıb və gümüş medalla kifayətlənib. Beləliklə, sərbəst güləşçilər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Qeyd edək ki, turnirdə I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.


Paylaş



Bölmə: İdman / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!