Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 24-05-2025, 19:30
Cüdoçularımız erməni rəqiblərini məğlub etdi


Cüdoçularımız erməni rəqiblərini məğlub etdi

Azərbaycan idmançıları Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə və hərbi qurumlar arasında keçirilən XIX beynəlxalq cüdo turnirində uğurla çıxış edirlər.
9 ölkədən 100-dən çox cüdoçunun iştirak etdiyi nüfuzlu yarışda ölkəmiz iki komanda - Sərhəd Qoşunlarının və Fövqəladə Hallar Nazirliyinin cüdoçuları ilə təmsil olunur.
Azərbaycan turnirdə ümumilikdə 13 idmançı ilə mübarizə aparır.
Sərhəd Qoşunları komandasının heyətində çıxış edən idmançılar arasında “Judo Club 2012”nin üç üzvü - Eldar Qasımov (81 kiloqram), Rövşən Bağırov (90 kiloqram) və Zaur Bağırov (+100 kiloqram) da yer alıb.
Millimizin üzvü, “Judo Club 2012”nin təmsilçisi Eldar Qasımovun verdiyi məlumata görə, komandamız turnirə 1/8 final mərhələsindən start verib və ilk qarşılaşmada Qazaxıstan təmsilçilərinə 4:1 hesabı ilə qalib gəlib.
Növbəti mərhələdə cüdoçularımız Ermənistan yığması ilə üz-üzə gəlib. Azərbaycan cüdoçuları tatamidə əsl döyüş ruhu nümayiş etdirərək erməni rəqiblərinə heç bir şans verməyiblər. Bu dəfə də eyni hesabla (4:1) qələbə qazanan cüdoçularımız adını yarımfinala yazdırıblar. Qeyd edək ki, ötən il keçirilən analoji turnirdə də Azərbaycan komandası erməni rəqibləri üzərində qələbə qazanmışdı.
Komandamız yarımfinalda Özbəkistan cüdoçularına məğlub olub, idmançılarımız üçüncü yer uğrunda yarışacaq.
Qeyd edək ki, Sərhəd Qoşunları komandasının heyətində Sadıq Məhərrəmov (66 kiloqram), Nadir Babayev (73 kiloqram), Eldar Qasımov, Mehman Sadıqov (hər ikisi 81 kiloqram), Afiq Səfərli, Rövşən Bağırov (hər ikisi 90 kiloqram) və Zaur Bağırov (+100 kiloqram) çıxış edirlər.
Turnir “Polis, Ordu və Digər Güc Strukturları arasında beynəlxalq cüdo turniri” adı ilə tanınır. Hər il Moskvada keçirilən yarış hüquq-mühafizə orqanları arasında idman əlaqələrinin möhkəmləndirilməsini, eləcə də cüdonun bu strukturlarda inkişafı məqsədini daşıyır.
Qeyd edək ki, baş məşqçi Mübariz Cəfərovun rəhbərliyi altında yarışda iştirak edən komandamızın nümayəndəsi Moskvada ölkəmizi təmsil edən Əli Əlibəylidir.


Paylaş



Bölmə: İdman / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!