3 idmançımız Avropada medal qazandı .....                        Anar Abdulla cinayət məsuliyyətinə cəlb olundu .....                        Tibb məntəqəmiz artilleriya zərbələrinə məruz qalmışdı – Vardanyanın məhkəməsi .....                        Tramp öz qərarına görə 500 milyon dollar itirib .....                        Mikayıl Cabbarov Pakistanın baş naziri ilə görüşdü .....                        Komitə sədri Səməd Vəkilovu təbrik edib .....                        Azərbaycan təyyarəsində Türkiyə raketi: Hədəf məhv edildi .....                        Baş nazirdən sığorta barədə yeni qərar .....                        Ordumuz silahları işə saldı: nazir izlədi - VİDEO .....                       
Tarix : 2-04-2019, 07:28
Azərbaycanda Avropa Pul Viktorinasının Milli Mərhələsi təşkil olunub
Azərbaycanda Avropa Pul Viktorinasının Milli Mərhələsi keçirilib.
Butov.az xəbər verir ki, Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, bank ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” icrası ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də Qlobal Pul Həftəsi çərçivəsində Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Avropa Pul Viktorinasının (Europian Money Quiz) milli mərhələsi olub.
Otuz iki bank assosiasiyasını birləşdirən Avropa Banklar Federasiyasının üzv ölkələri arasında təşkil etdiyi Avropa Pul Viktorinası məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləmək məqsədilə keçirilir. Məhz buna görə də viktorinada iştirak edən 13-15 yaşlı məktəblilərə əsasən bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar təqdim olunur. Qaydalara uyğun olaraq, viktorinanın milli mərhələləri iştirakçı ölkələrdə, final mərhələsi isə Brüsseldə təşkil edilir.
Layihənin əhəmiyyətini və yarışmada 30-a qədər ölkənin iştirak edəcəyini nəzərə alaraq, Azərbaycan məktəbliləri bu il ilk dəfə viktorinaya qoşulublar. Azərbaycanda təşkil olunan milli mərhələ 2 turda keçirilib. Birinci turda viktorinada iştirak etmək üçün müraciət etmiş 500-dən çox şagird arasında keçirilmiş ilkin test imtahanında onların bilikləri qiymətləndirilib və ən yüksək göstəriciləri olan 106 nəfər II turda iştirak hüququ qazanıb. Bu turda şagirdlərin seçimi yarışın formatına uyğun iqtisadi mövzuları əhatə edib. Hər 2 turun seçimləri Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe məktəblər və özəl təhsil müəssisələrinin şagirdləri arasında aparılıb.
Yekunda I, II və III yerləri bölüşmüş qaliblərə mükafatlar, digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub. Viktorinanın qaydalarına əsasən, I yerin qalibləri – 257 nömrəli məktəbin şagirdi Fərid Rəcəbov və 220 nömrəli məktəbin şagirdi Pərviz Fərzəliyev ölkəmizi cari il mayın 6-7-də Brüsseldə keçiriləcək Avropa Pul Viktorinasının final mərhələsində təmsil edəcək.
Mərkəzi Bank müxtəlif hədəf qrupların maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirmə və təbliğat işlərini genişləndirərək müvafiq Strateji Yol Xəritəsi və Dövlət Proqramından irəli gələn tədbirləri icrasını davamlı həyata keçirəcək.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!