Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 3-04-2019, 06:36
Azərbaycanda demoqrafik proqnozların hazırlanması üçün təkmil proqnozlaşdırma metodologiyası hazırlanır

Hazırda Azərbaycanda demoqrafik proqnozların hazırlanması üçün mütərəqqi dünya təcrübəsi əsasında təkmil proqnozlaşdırma metodologiyasının hazırlanması işləri aparılır. Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə əməkdaşlıq daha geniş müstəvidə davam etdiriləcək.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə BMT Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Karl Kulessa ilə keçirilən görüşdə bildirib.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən biri kimi, dayanıqlı inkişaf şəraitində ölkəmizdə müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım tempinin mövcud olduğunu vurğulayıb. S.Babayev ölkəmizdə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində hazırlanmış yeni Dövlət Proqramı layihəsi barədə məlumat verib. Nazir bu layihənin hazırlanmasında BMT Əhali Fondunun dəstəyini qeyd edib. O, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması, Karlov Universitetinin ekspertləri də cəlb edilməklə ölkəmizdə demoqrafik proqnozlaşdırma metodologiyasının hazırlanması məqsədilə birgə fəaliyyətin əhəmiyyətli olduğunu deyib.
Nazir bildirib ki, cari ilin fevral ayında imzalanmış yeni layihələr, nazirliklə BMT Əhali Fondu və BMT İnkişaf Proqramının “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” və nazirliklə BMT Əhali Fondunun “Cəmiyyətin bütün yaşlar üçün qurulması: fəal yaşlaşma yolu ilə Azərbaycanda ahılların rifahının təşviq edilməsi” layihələri əməkdaşlıq müstəvisini daha da genişləndirib.
K.Kulessa ötən dövrdə BMT Əhali Fondu ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığını qeyd edib. O, birgə layihələrin miqyasının yeni vacib hədəflərə doğru daim genişlənməsinin təqdirəlayiq olduğunu vurğulayıb.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!